Müasir cağırışları özündə əks etdirən MÜSAHİBƏ
Prezident İlham Əliyevin “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi mühüm əhəmiyyət kəsb edir. Müsahibədə bir sıra məsələlərə, xüsusən regionda və dünyada baş verən proseslərin fonunda Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət barəsində məsələlərə aydınlıq gətirilib.
Cənab Prezident müsahibəsində Azərbaycan xarici siyasətinin xüsusiyyətlərinə diqqət çəkdi. Qeyd etdi ki, həm Qərbdə, həm Şərqdə Azərbaycan tamamilə müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir. Bu isə ölkəmizə, hazırda mövcud olan gərginliyin azaldılmasında müstəqil və qlobal məsuliyyətini kifayət qədər ciddi dərk edən aktor kimi mühüm rol almağa imkan verir.
Dövlətimizin başçısı bu müsahibə ilə beynəlxalq birliyə bir sıra mesajlar verdi. Bu mesajlardan ən önəmlisi Türkiyə ilə müttəfiqlik, Rusiya ilə sıx münasibətlərin fonunda Ermənistanı silahlandırmaqla regionda yeni müharibə ocaqları yaratmaq istəyən Makron rejimi barəsində idi: “Azərbaycan COP29-a ev sahibi seçilərkən bəyan etdiyi məqsədlərinə bu gün də sadiqdir, qlobal qarşıdurmanın dərinləşməsində deyil, əksinə, gərginliyin azaldılmasında maraqlıdır. Elə buna görə Azərbaycan hakimiyyəti çalışır ki, mövcud imkanları çərçivəsində Qərb və Şərq arasında etibarlı körpülərin qurulmasına töhfə verə bilsin. Fransa və digər təhrikçi davranış sərgiləyən tərəflər, eləcə də Ermənistan, yaxın tarixdə baş verənlərdən nəticə çıxarmalı, təcavüzkar, aqressiv və revanşçı davranışların heç bir pespektivinin olmadığını dərk etməlidirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır”.
Müsahibə müasir dövrün çağırışlarını özündə əks etdirərək Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinin tərənnümü kimi qiymətləndirilməklə yanaşı Prezident İlham Əliyevin jurnalistin hər hansı sualına tutarlı cavabları Azərbaycana qarşı gələcək təhdid və qara piarın qarşısının qətiyyətlə alınacağı zəmini yaradır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı