31 Yanvar 2025 18:34
76
İQTİSADİYYAT

Ət ucuzlaşıb?!

Son vaxtlar ölkə ərazisində mal və quzu əti  bahalaşmaqda davam edir. Bunu da mütəxəssislər  ət qıtlığı ilə bağlı olduğunu bildirirlər. Bununla yanaşı, məmləkətimizdə  xarici ölkələrdən ət və ət məhsulları  idxal olunur, amma bu da  bahalaşmanın qarşısını ala bilməyib.  

Onu da qeyd  edək ki,   bu gün kənd adamları otlaq sahələri olmadığına görə, mal- qara saxlaya bilmirlər və əvvəlki vaxtlara müqayisədə  ölkəmizdə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalıb. Ətin bahalaşmasının qarşısının alınmasının yeganə yolu isə  heyvandarlığı  inkişaf etdirməkdir.  Buna isə müəyyən vaxt lazımdır

 Deyirlər ki, Bakının kəndlərində  mal ətinin kiloqramı 12 manat, qoyun  əti isə 13 manatdır. Amma Yeni Günəşlidə mal ətinin bir kiloqramı 15 manat 50 qəpik, qoyun əti 17 manat, quzu əti isə 20 manatdır. Beyləqanda isə qəssab Xəqani qardaşımız  deyir ki, bir kiloqramı dana əti 14 manat, bir kiloqram qoyun əti 13 manat, bir kiloqram qızıl əti isə 19 manatdır.

Göründüyü kimi, rayonlarda  dana əti və quzu əti ucuzlaşmayıb.Ucuzlaşan sadəcə qoyun ətidir və onun kiloqramı 12- 13 manata satılır. Əgər yaxın gələcəkdə  Azərbaycanda heyvandarlıq sürətlə inkişaf etsə, bax onda dana və quzu əti ucuzlaşa, bilər!

Emil Faiqoğlu