Muştuluq: çörək bahalaşdı!
Deyirdilər ki, çörək bahalaşacaq, ancaq buna çoxları inanmırdı.
Elə mən də inanmırdım. Ən azından ona görə ki, ən azından əksər ərzaq malları çoxdan bahalaşıb və əhali də artıq buna öyrəşib. Amma çörəyin bahalaşması isə insanları lap çaş- baş salıb. Çörəyi bahalaşdırmaq istəyənlər deyirdilər ki, bu məhsul bahalaşanda çəkisi artacaq. Dedilər,dedilər və fevralın 1- dən qiyməti artırdılar. Belə ki, ayın 2- də səhər saatlarında Yeni Günəşlidəki " Ballı market" dən Binə çörək zavodunun istehsal etdiyi çörəkdən birini aldım.
Əvvələr bir çörəyi 55 qəpiyə alırdım, lakin bu dəfə 65 qəpik pul verdim. Çəkisi də artmamışdı, elə əvvəlki kimi idi. Mənim kimi çörəyin bahalaşmasına təəccübləninlər gözləri bərəli qalmışdı.Qəribəsi də o idi ki, çörək zavodları deyəsən, əhali ilə məzələnir. Ki, söz verir ki, qiymət artımı ilə çəki də artacaq.Ancaq camaat bunun əksini görür. Və bir də un bahalaşmayıbsa, xeyir ola, çörəyin qiyməti qalxıb. Əgər çörəyin qiyməti 10 qəpik qalxıbsa, onda deməli, elə ailə var ki, gündə dörd - beş çörək alır və onlar 40- 50 qəpik artıq pul verəcəklər.Bircə çörəklə sınağa çəkilməmişdik, artıq onu da gördük! Allah axırın xeyir eləsin!
Emil Faiqoğlu
Digər Xəbərlər
01 Oktyabr 2026 11:08
Manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA
01 Oktyabr 2026 10:58
"Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı xüsusi diqqətdədir" - Nazir
01 Oktyabr 2026 10:53
“Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur”
01 Oktyabr 2026 10:05
Azərbaycan nefti bahalaşdı
01 Oktyabr 2026 09:57
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
30 Sentyabr 2026 17:19
Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı
30 Sentyabr 2026 16:38
Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı
30 Sentyabr 2026 14:40


Bakı -°C

