İndi hər yerindən duran ya oxuyur, ya da şeir yazır.Və onların ifasına, yazdığı şeirə baxrsan görəsən ki, cəfəngiyatdır, mahnılar da yaman gündədir.
Bax , onda adamın ayaqlarının altından yer qaçır ki, gör, musiqimiz və poeziyamız nə günə qalıb. Biz universitetdə oxuyanda Aydın Əbilov adlı Azərbaycan dilinin qrammatikasında dərs deyən müəllimimiz vardı. O deyərdi ki, mən şerin bütün qayda- qanunun yaxşı bilirəm.İstəsəm, şeir yaza bilərəm, amma mənim yazdığım şeir yox , söz yığını olacaq, bax ona görə də yazmıram.Bu, böyük alimin, gözəl mütəxəssisin fikirləridir.Amma buna baxan kimdir?! Şeir yazan var ki, on kitabı çıxı, hətta Yazıçılar Birliyinin uzvüdür.
O, on kitabın içində bir bənd gözəl şeir tapa bilmədim və bir poetik misraya rast gələ bilmədim. Deməli, hər şeir yazan şair deyil. Vaqif Bəhmənlinin gözəl bir şeiri var:" Dünyanın yazmayan şairləri var." Elə insanlar var ki,śairdir, ancaq şeir yazmır.Qalaq-qalaq kitabı çıxanlardan onlar daha yaxşı şairdir. Çünki onlar yaxşı bilirlər ki, şeir, poeziya nə deməkdir. Ona görə də əlinə Aydın Əbilov kimə qələm götürüb şeir yazmırlar. Bu gün şeiri həm də gözdən salan özəl televiziya kanallarıdır.
Belə ki, bu kanallar istedadlı şairlərə yox, meyxana deyənlərə saatlarla vaxt ayırır. Meyxananın Azərbaycan şeirinə heç bir dəxli yoxdur.Təəssüf ki, özəl kanallar bu dəyərlərə əhəmiyyət vermir, meyxanaçıları şair kimi təqdim edir və onlar da ağızlarına gələnlər şeir kimi tamaşaçıya şirayırlar.
Əgər onlar şairdirlərsə, bəs onda Məmməd Araz, Bəxtiyar Vahabzadə, Eldar Baxış, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Seyran Səxavət, Vaqif Bəhmənli, Vaqif Bayatlı Odər kimdir? Özəl kanallar heç olm
asa, ildə bir- iki dəfə Ramiz Rövşənə, Seyran Səxavətə, Vaqif Bayatlı Odərə, Vaqif Bəhmənliyə yarım saat vaxt ayırsa, məgər dünya dağılar. O vaxtı bunlar ayırmırsa, heç olmasa, Az. TV və İctimai Televiziya ayırsın. Çünki adını çəkdiyimiz o istedadlı şairlər illərlə televiziyada görünmürlər, bəzi tamaşaçılar elə bilirlər ki, onlar sağ deyirlər. Ona görə də , vallah, hər şeir oxuyana, hər şeir yazana şair demək olmaz!..