“İlmələr-Xalçaçılıq dərnəyi” layihəsi başa çatdı– Amma bu bir başlanğıcdır

Xalçaçılıq sahəsinin inkişafı dövlətin də diqqət mərkəzindədir. Prezident İlham Əliyev cənablarının 7 dekabr 2004-cü il tarixində imzaladığı "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi" haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində "Azərbaycan xalça sənətinin təbliği " haqqında bənd öz əksini tapıb. Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildən UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib”. – Bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində qalib olmuş “İlmələr. Xalçaçılıq dərnəyi” adlı layihəsinin rəhbəri, Cəbrayıl rayonu Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbin direktoru Ağayeva Nuriyyə Əsgər qızı layihənin bağlanış mərasimində səsləndirib.
Bağlanış mərasimində rəsmi qonaqlar, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihə rəhbəri Nuriyyə Ağayeva çıxışında qeyd edib ki, Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayırıq. Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevirilmiş bir sənətdir.
Daha sonra layihə rəhbəri Nuriyyə Ağayeva layihə hesabatını təqdim edərək görülmüş işlər, əldə olunmuş nəticələr haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, layihənin icra planına əsasən ilk öncə tərkibində rəssam, xalçaçı təmsil olunan peşəkar komanda yaradılıb. Komanda heyəti tərəfindən Qarabağ xalçaçılıq məktəbinin tərkibinə daxil olan Cəbrayıl xalçalarının ənənələri əsasında eskizlər hazırlanıb və həmin eskizlərdən çeşni çıxarılıb. Məktəbdə xalçaçılıq peşəsinə maraq göstərən VIII və IX sinif qızlarından ibarət 20 şagird seçilərək “ İlmələr -Xalçaçılıq dərnəyi“ nə cəlb olunub. Layihə çərçivəsində görülən işlər haqqında ictimayyəti məlumatlandırmaq məqsədi ilə layihənin sosial media hesabı yaradılıb.
Şagirdlərimizə xalçaçılıq peşəsinin sirlərini öyrətmək üçün 10 ədəd hana hazırlanıb. 20 ədəd kirgid, həvə, xalçaçı bıcağı , hər şagird üçün 1 kiloqram əriş, yarım kiloqram arğac, 2 kiloqram rəngli yun ip alınıb.
Yanvar ayının 13-dən həftədə 3 dəfə hər birində 2 saat olmaqla dərnək məşğələləri təşkil olunub. Mədəniyyət və Sənətlkarlıq üzrə Bakı Dövlət 13 nömrəli Peşə məktəbinin xalçaçılıq sənəti üzrə təlim ustası Esmira Musayeva tərəfindən keçirilən dərnək məşğələrində şagirdlərimiz böyük həvəslə bu peşənin sirlərinə yiyələniblər.
Ümumilikdə 10 hanada 10 gəbə qurularaq 2 şagird bir xalça toxuyub və layihənin sonunda 10 xalça hazırlanıb təhvil verilib.
Daha sonra layihə müddətində həyata keçirilmiş fəaliyyətlərin yadda qalan anlarını əks etdirən qısa videoçarx izlənilib. Həmçinin, layihə iştirakçıları öyrəndiklərini və təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Təlimçi ista Esmira Musayeva çıxış edərək layihənin mahiyyəti və uğurla başa çatması barədə danışıb.
Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Hümbətova, Təşkilatı işlər üzrə direktor müavini Səidə Quliyeva, məkttəbin müəllimi Şahanə Xəlilova çıxış edərək layihənin uğurla icra olunmasından bəhs edib, layihə rəhbərinə, şagirdlərə uğurlar diləyiblər. IX a sinif şagirdi Əbilova Əsmər, Qurbanlı Aysu çıxış edərək, qədim xalçaçılıq sənətinin sirlərini öyrənmək üçün onlara yaradılan belə gözəl şəraitə görə özləri və şagird yoldaşları adından təşkilatçılara, o cümlədən məktəbin direktoru Nuriyyə Ağayevaya minnətdarlıqlarını bildiriblər.
Sonda layihədə iştirak edən şagirdlər sertifikatlarla, layihəyə dəstək verən komanda isə təşəkkürnamələrlə təltif edilib, şagirdlərin toxuduqları xalçalar tədbir işirakçılarına nümayiş etdirilib.
Qeyd edək ki, layihənin məqsədi Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği, Azərbaycan xalçaçılıq sənətinin önəmli hissəsi olan Qarabağ xalçaçılıq məktəbinin ənənələrini özünə qaytarmaq, unudulan çeşniləri bərpa etmək və xalçaçılığın inkişafına dəstək olmaqdır.
Beləliklə, paytaxtın Qaradağ rayonunun Yeni Müşfiqabad qəsəbəsində yerləşən Cəbrayıl rayonu Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbində həyata keçirilən “İlmələr-Xalçaçılıq dərnəyi” layihəsinin bağlanış tədbiri uğurla yekunlaşıb.
İnanırıq ki, Nuriyyə Ağayevanın bu alqışa layiq layihəsi bir başlanğıcdır və Azərbaycan mədəniyyətinin atributlarından olan xalçaçılıq sənətinin inkişafı və bu sənətin sirlərinin yetişməkdə olan yeni nəslə öyrədilməsi istiqamətində əhəmiyyətli işlər görüləcək.
Hüsniyyə Əlizadə
Digər Xəbərlər

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı daha bir layihə

Dünya ekoloji problemlərlə üzləşdiyi bir zamanda müasir yazıçıların əsərlərində ekoloji nağıl və hekayələr

DÜNYANIN ƏN GÜCLÜ SİLAHI

Yazıçı-publisist Gülzar İbrahimovanın yeniyetmələrə aid tarixi hekayələri

Kölgə İqtisadiyyatında Korrupsiya Halları və ona qarşı mübarizə”adlı layihənin icrasına başlanıb

ÇOX AZ MİLLƏTİN AZƏRBAYCANLILAR QƏDƏR BÖYÜK ÜRƏYİ VAR

ALİ BAŞ KOMANDANIN, ORDUNUN VƏ XALQIN QƏLƏBƏSİ
