
Avropa 2030-cu ilədək Rusiyanın mümkün hücumlarına hazırlaşır. Hazırda Polşa-Belarusiya sərhədlərində səfərdə olan Avrokomissiyanın sədri Ursula fon der Lyayen Bolqariyanın sursat zavodunda olub.
Avropa KİV-ləri ard-arda Rusiyanın Ukraynadan sonra, sərhəd ölkələrinə basqın edəcəyi barədə həyəcanlı xəbərlər yaymaqdadır.
NATO-nun şərq sərhədlərində müdafiə güclü sistemləri qurulur. 3 metrlik hasarlar çəkilir, səngərlər qazılır, Estoniya, Litva və Latviyada hər biri 600 ədəd olmaqla ümumilikdə 1800 bunkerlər hazırlanır, ətraf tikanlı məfillərlə hörülür. Polşa 800 km-lik səngərlər və minalanmış sahələr yaratmaqla bir növ "Şərq qalxanı" yaradılır.
Avrokomissiyanın sədri hesab edir ki, Putinə qarşı müqavimət tədbirləri zaman gözləməməlidir. Ursula fon der Lyayne bildirir ki, rusların 2030- cu ilədək hücumunun qarşısının alınması üçün bütün hərbi boşluqlar aradan qaldırılmalıdır. Bunun üçün 150 milyard avro vəsait xərclənəcək. Avrokomissar bəyan edir ki, hərbi xərclər 5, hətta 10 dəfə artırılmalıdır.
Avropanın həyəcanını hardasa başa düşmək olar. Rusiya prezidenti Vladimir Putinin çökmüş imperiyanı qaldlrmaq çəhdləri ilə bağlı coxsaylı bəyənatları onları təşvişə salıb.
Avropa liderləri Rusiya təhlükəsi fonunda tez-tez Ukrayna müharibəsinin dayandırılması məsələsi müzakirə etmək üçün bir yerə toplaşırlar. lakin, Avropa liderlərindən fərqli olaraq, avrokomissar 2030-cu ilədək vaxt qazanılması üçün Ukrayna münaqişəsinin uzanmasını istəyir.
Rusiya-Ukrayna müharibəsi isə, üç il yarımdır ki, davam edir. ABŞ artlq Ukraynaya bir başa hərbi yardım göstərməkdən imtina edir, bu yardımları Avropa dövlərlərinin hesabına etmək istəyir. Avropa dövlətləri isə, artlq açıq şəkildə müharibənin uzanmasından beziblər. Almaniya, Fransa, Polşa və digərləri demək olar ki, hərbi ehtiyatlarını Ukraynaya daşımaqdan tükənirlər.
Düzdür, Rusiya da üzücü müharibədən cana doyub, üzücü müharibədə hərbi ptensialını kifayət qədər zəiflədiblər. "Əməkdaşlıq"etdikləri ölkələrdən yalnız KXDR-ın hərbi köməyinin ümidinə qalıblar. lakin, Putinin imperiya hikkələri rusların atəşi dayandlrmağa, ABŞ prezidenti Donald Trampın da, onlarln danışıqlar masasına oturmaq təklifini qəbul etməsinə mane olur. Bu da, Rusiya prezidentinin ən azı atəşin dayandırılması və tərəflərin danlşıqlar masasına oturmasının qarşısını alır.
Görünən odur ki, baş verən hadisələr fonunda, dünyada gərginlik hələ uzun müddət davam edəcək...