Vətən müharibəsi Qəhrəmanına həsr edilmiş kitabın təqdimatı oldu - FOTOLAR
44 günlük Vətən müharibəsində Murovdağda qəhrəmancasına şəhid olan kapitan, Vətən müharibəsi Qəhrəmanı Rəşad Abdullayevə həsr olunmuş kitab təqdim olunub.
Adalet.az xəbər verir ki, “Murov aslanı” adlanan kitabın müəllifi şair-publisist Ədalət Salmandır. Müdafiə Nazirliyinin Mədəniyyət Mərkəzində baş tutan görüşdə şəhid kapitanın ailə üzvləri, döyüşçü yoldaşları, hərbçilər, yazıçı və şairlər iştirak ediblər.
Görüşdə şəhid Rəşad Abdullayevin döyüş yolundan bəhs edilib.
Qeyd edək ki, şəhid kapitan Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayon Göytəpə qəsəbəsində anadan olub. O, üç bacının yeganə qardaşı idi. Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlər zamanı sentyabrın 29-da şəhid olub.
O, ölümündən sonra ölkə başçısı tərəfindən Rəşad “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimizin Rüqəyya və Məmmədağa adlı iki övladı yadigar qalıb.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Fevral 2026 14:50
Mənzilimi alan adam qonşumla qohum oldu – Vasif ƏLİHÜSEYN yazır...
02 Fevral 2026 13:17
Alpay Azərin "Taxma kirpiklər" hekayəsində maddi və ruhani dəyərlər arasındakı ziddiyyət
02 Fevral 2026 10:02
Qulu Ağsəs: "Canım Vətən..." - VİDEO
02 Fevral 2026 09:59


Bakı -°C

