Avropanın şimalında müharibə küləkləri əsir -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
105 | 2025-09-30 09:13

Avropanın  şimalında, skandinaviya ölkələri səmalarında naməlum pilotsuz uçuş aparatlarının görünməsi, Avropanı təşvişə salıb. 

 Kütləvi iformasiya vasitələrində geniş müzakirəyə səbəb olan bu hadisədən sonra, bildirilir ki, Danimarka hakimiyyəti təcili olaraq ehtiyatda olan hərbiçiləri səfərbəyliyə çağırıb. 

 Yaxın günlərdə, ola bilər ki, digər skandinaviya ölkələti də, analoji addıma əl atsın. Nə baş verir? Avropa Üçüncü Dünya müharibəsi ərəfəsinə girirmi?

 Polşanın baş naziri Donald Tusk, Barşavada keçirilən "Warsaw Sekurity Forum" təhlükəsizlik forumunda çıxışı zamanı bəyan edib ki, Qərb ölkələri Rusiysya qarşı müharibə aparır və bu müharibə "yeni növ" müharibədir. 

 Polşanın baş naziri çıxışı zamanı qeyd edin ki, Qərbin içtimayyət liderləri,  transatlantik cəmiyyətini məcbur etməlidirlər ki, Rusiya ilə müharibə gələcəkdə deyil, hazırda baş verdiyini fərk etsinlər.

 "Bu müharibədir. Biz bunu istəməsəkdə, bu yeni növ müharibədir, yəni istənilən halda meharibədir"- deyə Tusk bəyan edib.

 Polşanın baş nazirinin, eləcə də, digər Avropa dövlətlərinin həyacanlarını başa düşmək olar. Belə ki, hazırda transatlantik cəmiyyət üzvlərinin arasında "çat" yaranması müşahidə olunur.
 
 Bir çox ölkələr Ukrayna münaqişəsinə cəlb olunmağın əleyhinədirlər. Svtopanın dotasiyası hesabına yaşayan və hszırda Rusiyadan neft slsn iki Avropa dölətindən biri-Macarıstanın baş naziri Viktor Orban, ABŞ prezidenti Donald Trampın "Ukraynanın işğal olunmuş ərazilərini özünə aaytarmaq imkanları var" sözlərini şərh edərkən bildirib ki, "məsələ artıq Rusiyanın xeyrinə həll olunub". "Tramp bununla bağlı mənim fikirimi soruşanda, mən ona dedim ki, məsələ artıq qapanıb, Rusiya qalib gəlib".

 Macarıstanın baş naziri, hətta bir azda irəli gedərək bəyan edib ki, artıq Ukraynanı suveren dövlət hesab etmir, çünki ərazisinin beşdə-birini itirib.

 Rusiya ilə mehriban münasibətləri olan Sloveniyada təxminən Macarıstanla eyni fikirdədir. Ukraynaya yardım etməyin əleyhinədir.

 NATO-ya üzv dövlətlərin əksəriyyəti isə, özləri Rusiya ilə müharibə etməkdən çəkinsələrdə, Ukrayna müharibəsinin davam etməsinin tərəfdarı kimi çıxış edirlər.

 Müharibənin davam etməsini istəyən-"gözə görünməz üçünçü qüvvələrində" olması vəziyyəti bir az da gərginləşdirir. Skandinaviya səmalarında var-gəl edən dronlar da, "gözə-görüməzlərin" iola bilər.  Yoxsa, müasir texnalogiya göydə uçan quşların lələklərini belə saya bildikləri bir vaxta, dronların hansı ölkəyə mənnub olmasını niyə meəyyən rdə bilmirlər ki, onu "naməlum obyekt kimi" təqdim etsinlər ki ?...

 

TƏQVİM / ARXİV