adalet.az header logo
  • Bakı -°C
28 Aprel 2022 09:29
1335
MARAQLI
A- A+

Tarixdə bu gün...

Bünyamin Bünyadzadənin təqdimatında...

Saytımızın "Tarixdə bu gün..." adlı rublikası 28 aprel təqvimində baş verən verən önəmli hadisələr və tarixi şəxsiyyətlərlə bağlı məlumatlarla bu gün də oxucuların qarşısındadır.

28 aprel Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, görkəmli oftalmoloq ZƏRİFƏ ƏZİZ qızı ƏLİYEVA dünyaya gəlib.

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkimƏziz Əliyevvə Leyla Əliyevanın ailəsində doğulub. Həkimlər- Tamerlan Əliyev,Cəmil Əliyevinvə musiqiçiGülarə Əliyevanınbacısı olan Zərifə xanım 1932–1942-ci illərdə orta məktəb təhsilini alıb.1949–1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982–1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb. Zərifə Əliyeva 1954-cü ildəHeydər Əliyevilə ailə həyatı qurub. Bu evlilikdən 1955-ci il 18 oktyabrSevil Əliyeva, 1961-ci il 24 dekabrİlham Əliyevdünyaya gəlib.
1985-ci il aprel ayının 15-dəMoskvaşəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək,Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn edilib.

Zərifə Əliyevanən xatirəsi xalqımız tərəfindən daim əziz tutulub. Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılıb. Bakıda Göz xəstəlikləri İnstitutu,Naxçıvanşəhər poliklinikası onun adını daşıyır.BakınınBinəqədi rayonu ərazisində adına istirahət parkı var. Bakı vəNaxçıvandaküçələr Zərifə Əliyevanın adını daşıyır. Bundan başqa Yasamal rayon ərazisində Zərifə Əliyevanın adını daşıyan lisey fəaliyyət göstərir. O həm də Azərbaycanın görkəmli dövlət xadimiƏziz Əliyevinqızı olmaqla bərabər Azərbaycan Respublikasının üçüncü PrezidentiHeydər Əliyevinhəyat yoldaşıdır. Eyni zamanda Azərbaycan Respublikasının dördüncü Prezidentiİlham Əliyevinanasıdır.

Bu gün daha bir Azərbaycan ziyalısının doğum günüdür. Bu şəxs Azərbaycanın Xalq yazıçısı Qılman İlkindir.

Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 28 aprel 1914-cü ildəBakı qəzasınınMərdəkankəndində anadan olub. Təbrizdənəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasının əməkdaşı olub. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyətdə olan yazıçı 1960–1963-cü illərdəAzərbaycan Dövlət Nəşriyyatınınbaş redaktoru, 1963–1967-ci illərdə"Azərbaycan" jurnalınınbaş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləyib. 1974-cü ildən fərdi təqaüdə çıxıb. Qılman İlkin 6 noyabr 2009-cu ildəBakışəhərindəürək çatışmazlığındanvəfat edib vəII Fəxri xiyabandadəfn olunub.

28 aprel həm də İkinci dünya müharibəsi zamanı öz cəsarəti və şücaəti ilə yüzlərlə yəhudinin həyatını xilas edən dünyaca məhşur Oskar Şindlerin də doğulduğu gündür.

Şindler 28 aprel 1908-ci ildə Avstriya-Macarıstan İmperatorluğunun tərkibində olan Moraviya bölgəsində, Zvittauda doğulub. Zvittau bugünkü Çexiya Respublikasının vilayəti olub,"Svitanya" adlanır. Çexoslovakiya vətəndaşı olmasına baxmayaraq Şindler Alman ordu kəşfiyyatı üçün çalışıb. 1938-ci ilin iyul ayında gördüyü işlərə görə həbs olunub ancaq Münhen razılaşmasından sonra siyasi məhbus olaraq əfv edilib 1939-cu ildə Şindler Nasist partiyasına qatılıb.

28 aprel tarixində dünyada baş verən bir sıra əsas hadisələrin xülasəsi isə bunlardı;

1788 — ci ilin bu günü Merilend ABŞ-ın 7-ci ştatı kimi rəsmən təsdiqlənib.

1920 — ci ilin bu tarixində XI Qızıl Ordu Bakını ələ keçirib, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb.

1969 — cu ilin bu günündə Fransa prezidenti Şarl de Qoll vəzifəsindən istefa verib.

1988 — ci ilin 28 aprelində ASALA terror təşkilatının qurucusu Akop Akopyan Afinada qətlə yetirilib.

2001 — ci ilin bu günü Milyonçu Dennis Tito dünyanın ilk kosmik turisti olub.

2008 — ci ilin bu günündə Çində iki qatarın toqquşması nəticəsində 70 nəfər həyatını itirib.