Tədqiqatçı Marsdan "inanılmaz daş nümunələri" toplayır
NASA-nın Mars tədqiqatçısı Perseverance ilk missiyasının sonuna doğru möhkəm addımlar atır.
Adalet.az xəbər verir ki, missiyanın bir hissəsi olaraq çoxlu müxtəlif daş nümunələri toplayıb. Alimlər bu qədim tarixin "inanılmaz daş nümunələri"ndə gizləndiyinə inanıblar.
Bu nümunələr növbəti bir neçə ay ərzində anbarda saxlanılacaq. Və sonra tədqiq olunacaq.
NASA-nın Mars kosmik gəmisi Perseverance planetə ilk missiyasını başa çatdırmaq üzrədir.
Bildirilib ki, bu nümunələr toplandıqdan sonra kosmik gəmi sonrakı missiyalara hazırlaşmaq üçün Yerə gətiriləcək.
Zond Marsa çatandan 17 ay keçib. Alimlərin fikrincə, "Jezero Krateri" adlanan əraziyə aparan rover əla iş görüb. Çox yaxşı nümunələr toplayıb və planetdə həyat əlamətlərini tapmaq üçün işləri davam etdirmək üçün əla vəziyyətdədir.
Qeyd edək ki, hazırda planetdə həyatın olub-olmadığı araşdırılmır. Marsın sərt ekoloji şəraiti bu ehtimalı xeyli azaldır.
Perseverenace bunun əvəzinə milyardlarla il əvvəl Jezero göl olduğu zaman bioloji izlər axtarır.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
09 Sentyabr 2026 07:35
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
09 Sentyabr 2026 06:59
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
09 Sentyabr 2026 06:44
2027-ci illə bağlı Vanqanın PROQNOZU
08 Sentyabr 2026 12:47
Oyuncaq avtomobillə Bakı yollarında şütüdü - VİDEO
08 Sentyabr 2026 07:56
Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı
08 Sentyabr 2026 07:38
Nuhun gəmisinin sirri açılır? - Düz bucaqlar, dəhlizlər...
08 Sentyabr 2026 07:13
Sürücülər bu mahnılara qulaq asmasın
08 Sentyabr 2026 07:11


Bakı -°C

