adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Aprel 2019 17:18
124412
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

"Yol hərəkətihaqqında” Qanun

(əvvəli ötənsaylarımızda)

VI. Nəqliyyatvasitələrinin aşağıdakı yerlərdə durması qadağandır:

1) dayanmanınqadağan edildiyi yerlərdə;

2) yaşayış məntəqələrindənkənarda - yolların hərəkət hissəsində;

3) 5.1 nişanı iləişarələnmiş yerlərdə;

4) dəmiryolkeçidlərinə 50 metrdən az yaxınlıqda;

5) girişin,habelə darvaza qarşısında;

6) 3.28 yolnişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsirzonalarında.

VII. Dayanacağınqadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həminyerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir.

VIII. Nəqliyyatvasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneəyaradarsa, onları açmaq qadağandır.

IX. Nəqliyyatvasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisnaedən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyatvasitəsini qoyub gedə bilər.

Maddə 53.Parklanma

I. Dövlətavtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanlarının təklifləriəsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya uyğunolaraq təşkil edilir.

II. Parklanmayerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isəmülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təşkiledilir.

III. Parklanmayerlərinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənedilir.

IV. Parklanmayerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməkləparklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsininparklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyənedilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralelşəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanmayerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altındaparklanması nişanlama xətləri ilə müəyyən edilə bilər.

V. Parklanmayerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz.

VI. Parklanmayerləri 24 saat fəaliyyət göstərir.

VII. Parklanmayerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə vəya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinəəsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən pulsuz parklanma yerləriayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyatnişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanmatalonu verilir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdiparklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindənmüvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Bumaddənin XIX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsininistifadəçilərinə şamil edilmir. Fərdi parklanma talonu nəqliyyat vasitəsininsalonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur.

VIII. Fərdiparklanma talonlarının forması, habelə onların verilməsi qaydası müvafiq icrahakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

IX. Siyahısımüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət orqanlarınınyerləşdiyi inzibati binaların ətrafında müvafiq icra hakimiyyəti orqanının hərbiri üçün ayrılıqda müəyyən etdiyi radius çərçivəsində ödənişli parklanma yerlərinintəşkili qadağandır.

X. Parklanmayerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlillər üçün ayrılır.Əlillər üçün ayrılmış parklanma yerləri göy rəngli kvadrat üzərində 1.24nişanlanma simvolunun ağ boya ilə təsviri vasitəsilə işarələnir. Əlillər üçünayrılan parklanma yerlərində yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyatvasitələri dura bilərlər. Sürücülər "əlil" tanınma nişanındanqanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar.

(ardı var)