04 Aprel 2019 17:56
166356
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

XVII.Parklanmaya görə ödəniş zamanı parkomatlarda baş vermiş texniki nasazlıq səbəbindənödənişin həyata keçirilməsi mümkün olmadıqda, nəqliyyat vasitəsinin istifadəçisiödəniş etmədən parklanma yerini tərk edir. Bu halda nəqliyyat vasitəsininistifadəçisi parklanmaya görə ödənişin edilməməsinə görə məsuliyyət daşımır. Ödənişinedilməsinin mümkünsüzlüyü barədə məlumat dərhal müvafiq icra hakimiyyətiorqanının mərkəzi informasiya sisteminə ötürülür.

XVIII.Parklanmaya görə ödəniş qəbzində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı,parklanma tarixi, nəqliyyat vasitəsinin parklanma yerinə daxil olduğu və oranıtərk etməli olduğu vaxt, parklanmaya görə edilmiş ödənişin məbləği göstərilməlidir.Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş etmədən nəqliyyat vasitəsininparklanma yerinə daxil olmasına dair parkomatdan parklanma qəbzi ala bilər. Buzaman parklanma qəbzində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı,parklanma tarixi və parklanma yerinə daxil olduğu vaxt göstərilir.

XIX. Birparklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanmayerində 24 saatdan artıq saxlandıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektronprotokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ənyaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinəAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə nəzərdətutulmuş qaydada məlumat verilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyatvasitəsinin aparıldığı müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizəolunan duracağı barədə məlumatı parkomat vasitəsilə də əldə edə bilər.

XX. Bu QanununXIX hissəsində nəzərdə tutulmuş müddətin bitməsinə 1 saat qalmış AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə nəzərdətutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir.

XXI. Sürücülər nəqliyyatvasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödənişedilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün bu maddənin XVI hissəsinəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyətdaşıyırlar.

XXII. Operativ nəqliyyatvasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edirlər.

XXIII. Parklanmayerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərininparklanması, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digərüsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasıqadağandır.

XXIV. Parklanmayerində nəqliyyat vasitələri yol nişanları və nişanlama xətləri ilə müəyyənedilmiş qaydada parklanmalıdır. Parklanma yerlərində hər bir nəqliyyat vasitəsininparklanması üçün işarələnmiş yerlərin sərhədlərini pozmaqla parklanmasına yolverilmir.

XXV. Parklanmayerlərində nəqliyyat vasitələrinin parklanmasına dair bu maddədə göstərilən tələblərəəməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyatakeçirilir.

(ardı var)