11 Aprel 2019 15:55
166315
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

V. Yükavtomobilinin sürücüsü hərəkətə başlamazdan əvvəl minmək, düşmək və banda yerləşməkqaydası haqqında sərnişinlərə təlimat verməlidir. Yalnız sərnişinlərin təhlükəsizdaşınması üçünşəraitin təmin edildiyinə əmin olduqdan sonra hərəkətə başlamaqolar.

VI. Adam daşımaqüçün avadanlıq qoyulmamış yük avtomobilinin bort platforması olan banındayalnız yükü müşayiət edən və ya onu almalı olan şəxslər, avtomobil bortun səviyyəsindənaşağıda yerləşən oturacaq yeri ilə təmin edilmiş olduqda, gedə bilərlər.

VII. Avtobusdaqrupla uşaq daşındıqda onların yanında bir nəfər yaşlı müşayiətçi olmalıdır. Bunəqliyyat vasitələrinin önündə və arxasında "Uşaqlar" tanınma nişanıolmalıdır.

VIII. Sürücü sərnişinləriyalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətəisə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədəraçmamalıdır.

IX. Adamlarındaşınması:

1) avtomobilin(bort platforması olan yük avtomobilinin banında və ya ban-furqonundadaşınmasından başqa), traktorun, digər özügedən maşınların kabinəsindən kənarda,yük qoşqusunda, qoşqu-yaylaqda, yük motosikleti banında və motosikletinkonstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə;

2) 12 yaşındankiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texnikixarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsininfaktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimumkütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxaoturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusiqurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq;

3) yükavtomobillərinin bort platformasında, ban furqonlarında uşaqların qrup halındadaşınması qadağan edilir.

X. Sərnişinlərə:

1) hərəkət vaxtıümumi istifadədə olan nəqliyyat vasitələrinə minmək, düşmək, onun qapılarınıaçıq saxlamaq və ya güclə açmaq;

2) hərəkət vaxtıtramvayların, trolleybusların, avtobusların və ya digər nəqliyyat vasitələrininpillələrində dayanmaq və ya yük avtomobilinin banında ayaq üstə durmaq;

3) nəqliyyatvasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədənonun qapılarını açmaq;

4) sürücünü nəqliyyatvasitəsini idarə etməkdən yayındırmaq;

5) nəqliyyatvasitəsindən çıxdıqdan sonra, səbəb olmadan yolun hərəkət hissəsində ləngimək;

6) nəqliyyatvasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır.

XI. Ümumiistifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərininsərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır. [190]

Maddə 57. Yüklərindaşınması

I. Daşınan yükünkütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyatvasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır.

II. Yükün düşməməsi,hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtıyükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.

III. Yükündaşınmasına:

1) adamları təhlükəyəməruz qoymaması, şəxsi və ya digər əmlaka zərər vurmaması;

2) sürücünün ətrafıgörməsini məhdudlaşdırmaması, nəqliyyat vasitəsinin davamlılığını pozmaması vəidarə olunmasını çətinləşdirməməsi;

3) yükün yerləsürünməməsi və yola düşməməsi;

4) yükün xariciişıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarınınüstünü tutmaması, habelə əl ilə verilən siqnalların qəbul edilməsinə maneolmaması;

5) səssalmaması, toz qaldırmaması, yolu və ətraf mühiti çirkləndirməməsi şərti iləyol verilir.

(ardı var)