16 Aprel 2019 18:23
162583
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

III. Müstəsnahallarda (yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə təxirəsalınmayan tədbirlərin görülməsi üçün zərurət yaranarsa), nizamlayıcı bu maddəninikinci hissəsində göstərilən siqnalların mənalarından fərqli olaraq yol hərəkətiiştirakçılarına aydın olan digər siqnalları verə bilər.

IV. Bu maddədə nəzərdətutulmuş siqnalları verərkən, nizamlayıcı fitdən də istifadə edə bilər.

V. Nizamlayıcıelə yerdə dayanmalı və elə təchiz edilməlidir ki, yol hərəkəti iştirakçılarıonun tərəfindən verilən siqnalları sutkanın işıqlı və qaranlıq vaxtı seçəbilsinlər. Bu məqsədlə sutkanın qaranlıq vaxtında nizamlayıcı işıq düşən yerdədayanmalıdır və ya istifadə edilən jezl işıq saçan və yaxud işıq verənolmalıdır.

Maddə 59.Svetoforun siqnalları

I. Yollarda,yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçünsvetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallardayaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə).

II. Təyinatındanasılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və yavelosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforlarınyaşıl ox (oxlar) şəklində bir vəya iki əlavə bölməsi ola bilər: həmin bölmələrdairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir.

III. Svetoforundairəvi siqnallarının aşağıdakı mənaları vardır:

1) yaşıl rəngliişığın yanması - bu siqnal hərəkətə icazə verir;

2) yaşıl rəngliişığın yanıb- sönməsi - bu siqnal hərəkətə icazə verir və bildirir ki, onunvaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədərqalan müddəti sürücülərəbildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər);

3) sarı rəngliişığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyibarədə xəbərdarlıq edir;

4) sarı rəngliişığın yanıb-sönməsi - hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və yapiyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir;

5) qırmızı rəngliişığın yanması və ya yanıb-sönməsi - bu siqnal hərəkəti qadağan edir;

6) qırmızı vəsarı rəngli işıqların eyni vaxtda yanması - bu siqnal hərəkəti qadağan edir vətezliklə yaşıl siqnalın yanacağını bildirir.

IV. Svetoforunoxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rənglidairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilənistiqamətə (istiqamətlərə)şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiqyol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazəverir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavəbölmənin işığınınsönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir.

V. Svetoforun əsasyaşıl işığının üstünə qara konturlu ox (oxlar) çəkilmişsə, bu, sürücülərəsvetoforun əlavə bölməsinin olduğunu bildirir və əlavə bölmənin işığında göstəriləndənfərqlənən digər istiqamətlərdə hərəkətə icazə verir.

VI. Svetoforunişığı piyada (velosiped) silueti şəklindədirsə, onun qüvvəsi yalnız piyadalara(velosipedçilərə) şamil edilir. Bu zaman yaşıl işıq piyadaların (velosipedçilərin)hərəkətinə icazə verir, qırmızı işıq isə onların hərəkətini qadağan edir.Velosipedçilərin hərəkətini nizamlamaq üçün həmçinin dairəvi işıqları olankiçik ölçülü svetoforlardan da istifadə edilə bilər; həmin svetoforlara üzərindəqararəngli velosiped təsviri olan 200?200 mm ölçüdə ağ rəngli düzbucaqlı lövhə əlavəolunur.

(ardı var)