23 Aprel 2019 18:00
162173
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

V.Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yolnişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər vəpiyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər.

VI. Dəmiryolkeçidlərində svetoforun yanıb-sönən qırmızı siqnalı ilə bərabər, keçiddən keçməyinqadağan olunması barədə hərəkət iştirakçılarına əlavə məlumat vermək üçün səssiqnalı da tətbiq oluna bilər.

Maddə 61. Yolnişanları

I. Yollarda yolhərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətininizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə).

II. Yolnişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburihərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər).

III. Hər bir yolnişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur,sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onunardıcıl nömrəsiniəks etdirir.

IV. Müxtəlifqruplardan toplanan üstünlük nişanlarından başqa, hər qrup yol nişanlarınınözünə məxsus rəngi və forması vardır.

V. Yolnişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün, onlardaxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrininişıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusinazik pərdə) təchiz edilirlər. Daxildən işıqlandırılmış nişanlar yolun süniişıqlandırılmış yerlərində qurulur. Süni işıqlandırılmamış yollardaişıqqaytarıcı səthli nişanlar tətbiq olunur. İşıqqaytarıcı səthli nişanların100 metrdən az olmayan məsafədən görünməsi təmin edilərsə, onların stasionarişıqlandırılmış yollarda da qurulmasına yol verilir.

VI. Yolnişanlarının yerləşdirilməsi müvəqqəti xarakter daşıyırsa (məsələn, yollarda təmirişləri görülürsə, yolun üstü sürüşkəndirsə və s.) və onların istifadə edilməsinəehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdırlar.

VII. Yolun eynikəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunannişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuşhallardan başqa yolun sağtərəfində bütün yol nişanları qurulur. İki və ya artıqzolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtındasürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərəalınmaqlanişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcızolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkətzolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfindəqurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təminolunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkətzolağıvardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar.

VIII. Yolnişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə,onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilirlər.Yol nişanlarının qurulmasından asılı olaraq, onun alt hissəsindən örtüyə qədərolan məsafə:

1) yaşayış məntəqələrindənkənar olan yolların qırağında - 1,5-2,2 metr;

2) eyni iləyaşayış məntəqələrində - 2-4 metr;

3) təhlükəsizlikadacıqlarında və yolun hərəkət hissəsində - 0,6 metrdən az olmadan;

4) yolun hərəkəthissəsinin üstündə - 5-6 metr təşkil etməlidir.

IX. Yolun hərəkəthissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün kənarındanquraşdırılmış nişana qədər məsafə 0,5-2,2 metr, 5.20.1, 5.21.1-5.27nişanlarının qırağına qədər olan məsafəisə 0,5-5 metr olmalıdır.

X. Müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan müvafiq ərazidəyerləşən yollarda yol nişanları qurmaq qadağandır.

XI. Yollarda yolnişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarətmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyatakeçirilir.

(ardı var)