24 Aprel 2019 16:32
163261
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

XII. Müvafiq qərarolmadan yol nişanlarının qurulması üçün onları quraşdıran şəxslər məsuliyyətdaşıyırlar.

Maddə 62. Xəbərdarlıqnişanları

I. Xəbərdarlıqnişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəlisahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarınaməlumat verir.

II. Xəbərdarlıqnişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisnaolmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heçbir məhdudiyyət nəzərdətutmurlar. Lakin belə nişanları görən sürücü diqqətiniartırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır.

III. Xəbərdarlıqnişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onlarınyerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəlisahələrin başlanğıcından 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metraralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə dəquraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcıvarsa, buyolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqakəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4lövhəciklərindən biri ilə birlikdəbelə xəbərdarlıq nişanı quraşdırıla bilər.

IV. Xəbərdarlıqnişanlarını:

1) yolun hərəkəthissəsində qısamüddətli işlər aparılarkən 1.23 nişanı işlərin aparıldığı yerə 10-15metr qalmış (7.1.1 lövhəciyi olmadan);

2) enişlər vəyoxuşlar bir-birinin ardınca gəlirsə, 1.13 və 1.14 nişanları 7.1.1 lövhəciyiolmadan, enişin və ya yoxuşun başlanğıcında;

3) yaşayış məntəqələrindənkənarda 1.1, 1.2, 1.9, 1.10, 1.21 və 1.23 nişanları təkrarlanırsa, ikinci nişantəhlükəli sahənin başlanmasına azı 50 metr qalmış;

4) 1.3.1 və1.3.2 nişanları bilavasitə dəmiryol keçidinin qabağında quraşdırılır.

Maddə 63.Üstünlük nişanları

I. Üstünlüknişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əksistiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinəimkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir.

II. Üstünlüknişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildirlər.

Maddə 64.Qadağan nişanları

I. Qadağannişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlərqoyur, yaxud ləğv edir.

II. Onların dairəviforması, ağ fonu, 3.27-3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır. 3.1,3.21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər.

III. Qadağannişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrininbilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağannişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər.

IV. 3.2-3.9,3.34 və 3.35 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər iki istiqamətdəhərəkətini qadağan edir.

V. Qadağannişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir:

1) 3.1-3.3,3.18.1, 3.18.2, 3.19, 3.27 - ümumi istifadədə olan nəqliyyat vasitələrinə;

2) 3.2-3.8 -işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayanvə ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə.Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxınolan yolayrıcından girib-çıxmalıdırlar;

3) 3.28-3.30 -taksometri işləyən taksilərə;

4) 3.2,3.28-3.30 - I və II qrup əlillərin idarə etdiyi tanınma nişanına malik nəqliyyatvasitələrinə;

5) 3.18.1,3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsininkəsişmə yerinə aiddir.

VI. 3.16, 3.20,3.22, 3.24, 3.26-3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxınyolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsininqurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl,meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəliyollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir.

(ardı var)