30 Aprel 2019 18:49
162695
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

5) 1.5 - iki vəya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, biristiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərinigöstərir;

6) 1.6 - əksistiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti -cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər);

7) 1.7 -yolayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərir (cizgiləri qısa vəonların aralarındakı məsafə cizginin uzunluğuna bərabər olan qırıq xətlər);

8) 1.8 - sürətləndirməvə ya tormozlama zolağı ilə yolun hərəkət hissəsinin əsas zolağı arasında sərhədigöstərir (enli qırıq xətlər müxtəlif səviyyələrdəki yolayrıclarında, kəsişmələrdə,avtobus dayanacaqları zonasında və sair yerlərdə);

9) 1.9 -reversiv hərəkətlə nizamlanma tətbiq edilən hərəkət zolaqlarının sərhədlərinigöstərir, qarşılıqlı hərəkətlə nizamlanma tətbiq olunan yollarda əks istiqamətli(qarşılıqlı hərəkət svetoforlarısöndürülən zaman) nəqliyyat axınlarını ayırır;

10) 1.10 - 3.28,5.40 nişanları ilə birlikdə tətbiq edildikdə duracağın qadağan olunduğu yerləribildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;

11) 1.11 -yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks vəya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkətetməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək vəsair üçün nəzərdə tutulmuş yerləri göstərir;

12) 1.12 (stop-xətt)- 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalıverildikdə, sürücünün dayanmalı olduğu yeri göstərir;

13) 1.13 - kəsişənyolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermək üçün sürücünün lazım gəldikdə,dayanmalı olduğu yeri göstərir;

14) 1.14.1 -nizamlanmayan piyada keçidini, 1.14.2 - piyadaların hərəkət istiqamətini,1.14.3 - hərəkətin svetoforla nizamlandığı piyada keçidini göstərir;

15) 1.15 -velosiped yolunun yolun hərəkət hissəsi ilə kəsişdiyi yeri göstərir;

16)1.16.1-1.16.3 - nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdəistiqamətləndirici adacıqları göstərir;

17) 1.17 - ümumiistifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarınıgöstərir;

18) 1.18 -yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir,müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviriçəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönməkqadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdangeriyə dönməyə də icazə verir;

19) 1.19 - yolunhərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaqların sayınınazaldığı sahəyə), yaxud əks istiqamətlərdə nəqliyyat axınlarını ayıran 1.1 və1.11 nişanlama xətlərinəyaxınlaşmanı göstərir. Birinci halda 1.19 nişanlama xətti1.18.1-1.18.3 nişanları ilə birlikdə tətbiq oluna bilər;

20) 1.20 - 1.13nişanlanma xəttinə yaxınlaşmanı bildirir;

21) 1.21("stop" yazısı) - 2.5 nişanı ilə birlikdə tətbiq olunduğu hallarda1.12 nişanlanma xəttinə yaxınlaşmanı bildirir;

22) 1.22 - yolun(marşrutun) nömrəsini göstərir;

23) 1.23 - ümumiistifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolağı göstərir.

VII. Üfiqinişanlanma xəttinin xüsusiyyəti:

1) 1.1-1.3 xətlərinikəsib keçmək qadağandır;

(ardı var)