"Terrorçular hərəkətlərinə görə peşman olacaqlar" -Hakan Fidan

"Terrorçular hərəkətlərinə görə peşman olacaqlar".
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
"İraq və Suriyada PKK və YPG-yə məxsus bütün infrastruktur və üst quruluş obyektləri Türkiyə təhlükəsizlik, silahlı qüvvələr və kəşfiyyatının qanuni hədəfləridir. İnsanları PKK/YPG obyektlərindən və şəxslərdən uzaq durmağı tövsiyə edirəm", - deyə XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, Ankarada terror aktı törədən 2 terrorçu ilə bağlı yeni məlumatlar üzə çıxıb. O, terrorçuların Suriyadan gəldiyini və kimliklərinin müəyyən edildiyini bildirib.
Digər Xəbərlər

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür

Pakistanın daimi nümayəndəsi: Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk

ABŞ Yəmənə hücumlara 1 milyard dollardan çox pul xərcləyib
