03 Fevral 2025 09:55
69
KRİMİNAL

Tərtər sakinindən "Kalaşnikov" aşkarlandı - VİDEO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Xasaybəy Sadıqlı saxlanılıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, ondan psixotrop maddə metamfetamin və “Kalaşnikov” avtomatı aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, X.Sadıqlı barəsində həbs qətimkan tədbiri seçilib.