adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Dekabr 2017 10:53
156875
RUBRİKA

Tez-tez maşınla qəzaya düşdüyümü görürəm... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların,hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşənbir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unudabilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşanadamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar,ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər,sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaqinsanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir,qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanalitikZiqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır.Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı xanım yazar HədiyyəŞəfaqətdir. Adalet.az müsahibəni təqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzularıntəhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

-Froydla tam da eyni fikri bölüşmürəm. Mənasıolduğu tərəfiylə razıyam, amma arzularla bağlı tərəfiylə deyil. Yuxularla çoxmaraqlandım, çox oxudum, çox düşündüm, amma gənəl anlamda. Məsələn yuxu nədir,harda yaranır, beynin yuxu funksiyası nə dərəcədə öyrənilib, bilim adamları nədüşünür, fəlsəfə necə yorumlayır yuxunu, psixologiya nə deyir, mistika necə yanaşırvə s.. Ölümlə yuxunun fərqi... Yuxuözlüyündə çox maraqlıdır və sirrdir. Məsələməhz görülən yuxuya gəlib çatanda...Dəqiq deyim ki, heç bir xatirə. Yuxularımda heç zaman keçmişəqayıtmadım. Arzularımı yuxuya daşımadım...Bəlkə də arzulara odaqlanan adam deyiləm deyədir... "Etmədim” deyirəm, çünki əminəm. Ən gözəl, ənağrılı anlar, heç biri yuxumda təkrarlanmadı, keçmişə kiçicik də olsa heç bir qayıdışolmadı...


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuyagörə planlarınızı qurursunuz?

-Yuxuların həyatımıza təsir etməsini qəbuletmirəm. O başqa dünyadır, bu başqa, bir-birindən ayrı, uzaq saxlamaq da olar. Tez-tez və adiyuxular görmürəm, artıq öz yuxu potensialımı bilirəm, bilirəmhardan-haracan yuxu sərhədlərim var.Hətta gördüyüm anda "indi ayılmalıyam” dediyim olub. Sadəcə "çıxar bu günxəbəri” deyirəm və mütləq və mütləq çıxır. Xəbərin yaxşımı, pismi olacağınıbilmirəm. Dəhşətli yuxular gördüm və həmin gün çox yaxşı nəsə olduməsələn. Qətiyyən yuxuma görə plan qurmaram və bu mənim üçün çətin deyil, onsuzda plansız adamam. Uzaq başı uşaqlarıma deyərəm ki, bu gün daha diqqətliolun və ola bilsin ki, həmin gün onlara məktəb dönüşü, axşam tərəfi bir zəng edərəm. Ammabir yerəgedəcəkdim, gecə pis yuxu gördüm, bunu təxirə salım, əlaqəsi yoxdur.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Qətiyyən baş sındırmıram. Yuxunu minillərdir çözələdilər, gedib bir tərəfə çıxmadı, ən yaxşısı onu rahatburaxmaqdır, özü-özünü aşkar edəcəkdir və hər yuxu ancaq və ancaq özü-özünüaşkar edər. Bir əlamət müstəsnadır...


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Yuxularin bir hadisə olaraq nəyəbağlanmalı olduğunu necə müəyyən etmək olar? Nəylə müqaisə etməklə, nəylətutuşdurmaqla? Yuxu mistik hadisədirmi? Yuxuaxı heç hadisə deyil.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Az olub. Eyniylə yaşadığım yuxularım olub.Dejavü deyilən şey məndə yuxularla əlaqəlidir. Bir şey olur və qarşımdakınınindi nə edəcəyini, nə deyəcəyini bilirəm.Mən yuxunu daha çox zamanı, özümdən keçib özümü qabaqlamaq hesab edirəm.Hətta işarələr varsa belə. Xəbərdarlıq ya hər nəsə.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

- Bir neçə yuxum oldu... Ən gözəl yuxumu 17yaşımda gördüm - batan qıp-qırmızı, iri günəş, üfüqdə itincə dayanıb baxdım. İndidə gözümün qarşısındadır. Bir dəfə isə yuxuda şeir pıçıldadım və oyanıb gördümki, pıçıldamağa davam edirəm ki, unudulmasın - "Atamın yatağı” şeiri. Daha birneçə yuxum var. Avtomobil qəzası, adətən sükan arxasında mən olmaram. Kainatındağılması, dünyanı su tutması... Çox azhallarda oyanıb həqiqət olmadığını düşünüb dərindən nəfəs aldığım yuxular oldu.Məsələn tez-tez bir dostumun maşınında getdiyimi və bir döngədə qəzayadüşdüyümü görürəm. Tez-tez yuxumda uçub göyə millənən ağ quşlar görürəm, ammagörməkdən artıq, qanadların səsini eşidərəm. Bu yaxında bunu mənə belə izah etdilər ki, intihara təhrikvə meylilik işarəsidir. Oyaqkən də yuxuya dala bilərəm, tutaq ki,küçədə gedirəm, gözümü yumub qarşıda gedən özümü seyr edirəm, ya da qarşıdan gələnözümü. Dumanlı bir şeydir və bunu izahedə bilmərəm. Yuxu bir neçə an içində görünür deyilənə görə və məni ən çox buheyran edir, zamanın və məkanın nə qədər necə deyərlər ipə-sapa yatmayan birşey olduğunu göstərir. Zamansızlığın özü məni o qədər həyəcanlandıran şeydirki, bunu yuxuda duymaq xoşuma gəlir. Zamanı saxlamaq, mən bunu sınamışam vəbacarmışam. Bəlkə qarşıda yenə sınayacağam. Bir də görüb unutduğum yuxularolur. Yəni gün içində nəyə işarə etdiyi aydın oldumu, unudulub gedir.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür.Siz necə düşünürsünüz?

-Mən təbii fəlakətləri ağ-qara görürəm, tambir ssenari... Yuxu içində yuxu gördüyümolub, ağ-qara yuxumun içində rəngli yuxu gördüyüm yadımdadır, ya da əksinə. Yuxularımdanarıncı və yaşıl rəngin çalarları çox olur...


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Atamı, anamı və oğlumu. Sıx-sıx da deyil,ildə bir dəfə, beş-altı aydan bir.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıqolan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrıbir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Razıyam. Lakin fırlandığımı deyil, sadəcəo an orda olduğumu düşünürəm. Zamandairəliyə səyahət etdiyimi. Amma o mənəmmi, mən deyiləmmi, kim bilir?


-Dahi yazıçılardan, rəssamlardan,filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Heç kimi


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Həqiqət özü mübahisəlidir. Yuxu mənihəqiqətə apara bilməz, o yoxdur. Lakin qarşıda olacaqlara işarə edir. Məhzmənim yuxularımdan söhbət gedirsə onlar nə səbəb, nə də nəticədir, nə həqiqət,nə yalan, sadəcə nəyinsə olacağına işarələr, onlar da baş verərkən düşünürsənki, deməli buymuş...