30 Mart 2022 17:37
1294
MARAQLI

“Toba”nın mənşəyi

Azərbaycanın bəzi rayonlarında and içərkən “toba” sözünü işlədirlər. Bəs. bu “toba” sözü hardan gəlir?

Bəzən tobanı tövbədən gəldiyini söyləyənlər də olur.

Tam olaraq “tobadı”- türk, çuvaş və altay xalq inancında and sözüdür.

Tupataolaraq da qeyd edilir. "Vallah" və ya "Billah" kimi mənalarda istifadə olunur. "Tobadı doğru deyirəm" kimi... Skif ocaq tanrısı Tabıtı'nın adıyla da əlaqəlidir. Sözün mənşəyi, köhnə türkcə və monqolca düz, düz çökmək mənası ehtiva edər. Hətta eyni məna tungus və mançur dillərində də vardır. Mənşəyi tam olaraq təsbit etmək bu an üçün çətin görünməkdədir. Toba (Tabgaç) şəklində bilinən qədim türk tayfasının adını da ağla gətirir. Tapmaq feli ilə də əlaqəlidir (bu fel anadolu türkcəsində ibadət etmək deməkdir). Çuvaşça Tob və ya Tup sözcüyü evin ortası mənasını verir.

 

Emin