Tramp 500 milyardın hayında... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
125 | 2025-02-26 09:38

 Avropa İttifaqı Zelenskinin Makron bacısının "ağbirçəklik etdiyi masası"  şəriklik xəyalları qurmaqda...

Ukraynada isə... qanlı müharibə davam edir

Ukrayna baş naziriinin müavini Olqa Stefanişina elan edib ki, Kiyev və Vaşinqton nadir yeraltı mineralların istehsalı ilə bağlı müqavilənin bağlanması ərəfəsindədir.  Xatırladırıq ki, müqavilə ilə bağlı yaranan mübahisə iki dövlət başçısı-Donald Tramla Volodimir Zelenski arasında qarşılıqlı ittihamlarla müşayət olunurdu.

 Müqavilənin ilkin variantında Ukraynanın təhlükəsizliyinə təminat verilməsi  bəndi salınmadığı üçün,  Zelenski yekun sənədi imzalamaqdan imtina etmişdi və ABŞ prezidentinin qəzəbinə  tuş gəlmişdi. Tramp hətta Ukrayna prezidentini təhüir etməkdən belə çəkinməmişdi.

 Yeni variantın da, Ukraynaya sərf edəcəyini demək olmaz. Ukrayna xalqı bundan sonra, hələ beş nəsil ABŞ-a borclarını  qaytarmalı olacaq. Düzdür,  yeni müqaviləyə görə, ABŞ "suveren və təhlükəsuz" Ukraynanı dıstəklədiyini təsdiq edir. Lakin bunu necə edəcəyi və konktet olaraq hər hansı bir təminatın verilməsi müqavilədə öz əksini tapmaylb.

  Donald Tramp Ukraynanın düşdüyü çətin durumdan istifadə edərək, Ukraynadan 500 milyard dollar qoparmaq niyyətindədir. Bu isə ABŞ-ın üç il ərzində Kiyevə etdiyi 100 milyard dollarlıq hərbi və humanitar köməyindən  beş dəfə çoxdur. Bir sözlə, həm birinci , həm də ikinci variantda yalnız ABŞ-ın maraqları nəzərə alınıb.

 Trampın bu son yanaşmaları,  ABŞ-ın Ukrayna rəhbərliyinə qarşı siyasətıni kəskin şəkildə dəyişməsinə səbəb olub. O, hətta dünənə qədər diktator adlandırdığı  Ukrayna prezidenti ilə yaxın vaxtlarda Vaşinqtonda görüşəcəyini də bəyan edib. Vaşinqtonun mineralların istehsalı  ilə bağlı apardığı yeni siyasəti münaqişənin gedişatına təsir göstərə biləcəkmi, onun danışıülar yolu ilə həll olunmasına kömək edəcəkmi?

  Həə, hələki ABŞ və Ukrayna arasında danlşlqlar davam edir, Avropa İttifaqı da kənarda qalmaq fikirində deyil. Makronun "masası" "təndiri isti görüb, bir kündə də onlar yapmaq istəyir". Ukrayna yataqlarına şərik olmağa can atır.  Məhz bu məsələyə görə, fefral ayının 24-də Kiyevdə Avropa komissiyasının nümayəndələri ilə görüş keçirilib. Avrokomissar Stefan Sejurne bildirib ki, Avropa İttifaqınln Ukraynanın indistriadi strategiyasının çiçəklənməsi üçün vacib kritik resursların istehaslı ilə bağlı müqavilə imzalamaq imkanları var (yəni xaraba gününə saldıqları Ukraynannı guya güllü-gülüstana çevirəcəkmişlər).

Sejurne qeyd edib ki, Ukrayna Avropaya  lazım olan və 30 növdə mövcud olan yeraltı minerallarından 21-ni təqdim edə bilər. Avrokomissar daha sonra əlavı edib ki, ABŞ-dan fərqli olaraq, müqavilə Ukraynaynanın maraqlarına  uyğun şərtlərlə bağlananacaq. 

Görünən odur ki, Fransa prezidenti Makron  Ağ Evdə Tramla görüşündə, "ABŞ-dan fərqli olaraq, Avropa Kiyevə göstərdikləri hərbi və humanitar yardımların əvəzini istəmir" sözlərində heç də səmimi olmayıb. İndi məlum olub ki, Avropa da Kiyevə göstərdiyi dəstəyin haqqınl  almaq niyyətindədir. 

 Yazıq Ukrayna, Qərbin şirnikləşdirdiyi vədlərı inanıb Rusiya kimi imperiya xislətli bir dövlətlə qarşıdurmaya getdi və "kabab iyinə" Avropaya inteqrasiya olmaq əvəzinə ərazilərinin demək olar yarısını itirmək təhlükəsi qarşısındadlr.

 Əl-Riyadda baş tutan ABŞ -Rusiya danışıqlarına və Tramp-Putin, daha doğrusu Putin-Tramp (çünki şərtləri yalnız Putin qoyur) planına əsasən sülh ptoqramı üç mərhələdə yerinə yetirilməlidir. Birinci atəşin dayandırılması, ikinci prezident seçkilərinin keçirilmısi və yeni hökumətin qurulması, üçüncüsü,  yeni hakimiyətlə sülh danışıqlarına başlanması.  Hə, bir də, mütləq rusiyayönümlü partiyaların fəaliyyətinin bərpa olunması və prezident seçkilərində iştirak etməkərinin təmin olunması...

Ukrayna qarşıda onu gözləyən bu təhlükədən təkbaşına çıxa biləcəkmi?  Bu təhlükənin aradan qaldırılması , Zelenskinin nə "Sem dayısının", nə də Makron bacısının "ağbirçəklik etdiyi" avropa "masasının" gücündə və  maraqlarında  deyil...

 

TƏQVİM / ARXİV