Tramp nala-mıxa vurur, nəticə yoxdur - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
115 | 2025-04-30 10:27

Rusiya-Ukrayna müharibəsində vasitəçilik etməyi öhtəsinə götürən Birləşmış Ştatların prezidenti Donald Tramp nala-mıxa vurmaqda davam edir. 

 Amerikan jurnalist Qlenn Bekə müsahibə verən Ağ Evin sahibi bəyan edib ki, Ukraynadan fərqli olaraq Rusiya böyük hərbi gücə malikdir: "Rusiya çox böyük hərbi gücə malikdir, Ukrayna isə yox".

 Rusiyanın hərbi cəhətdən güclü olması Afrika cəngəlliklərində yaşayan, suvilizasiyadan uzaq tayfalardan başqa hamıya bəllidir. Tramp seçkiqabağı "Ukrayna müharibəsini 24 saata dayandıracam" vədlərini verəndə də, Rusiyanın hərbi gücündən xəbəri var idi və yaxşı bilirdi ki, rusiyalı həmkarı Vladimir Putin  Ukraynı işğal etməyənədək müharibəni dayandırmaq niyyətindən əl çəkməyəcək. 

 Hazırda münaqişə düyününü açmağı bacarmayacağını görən Donald Tramp, komanda üzvlərinin diliylə, hərbi münaqişəni dayandırmaq gücündə olmadığını etiraf edir. Ağ Evin mətbuat katibi Temmi Bryus, keçirdiyi brifinqdə bildirir ki, "ABŞ,  Rusiya-Ukrayna münaqişəsinin dayandırılmasında, vasitəçilik rolundan imtina etməsi variantına baxılır. .  Əgər bu məsələnin həlli yolunda  irəliləyiş olmayacaqsa, biz vasitəçilik missiyamızdan imtina edəcəyik"- deyə Temmi xanım bildirir. 

"Biz hazırda elə bir mərhələyə gəlib çıxmışıq ki, tətəflər bu münaqişəyə son qoyulması üçün konkret təkliflərini bildirməlidirlər. Sonra necə hərəkət edəcəyimizə isə,  prezident Donald Tramp qərar verəcək. İrəliləyiş olmayacaqsa, onda biz vasitəçilikdən imtina edəcəyik"- deyə mətbuat katibi bəyan edib. 

 Tramp isə, "Mən həqiqətən məsələni bitirirəm"-deyə bəyan etməklə vasitəçiliyini davam etdirəcəyinə işarə edir. Ağ Evin lideri yəqin özü də anlayır ki, bu məsələnin həlli onun gücündə deyil, lakin yenədə cəhdlərini davam etdirir.

 Zelenski və Putin isə, danışıqlara başlanması üçün irəli sürdükləri şərtlərdən bir addım da geri çəkilmək niyyətlərində olmadıqlarını israrla bəyan edirlər.

 Amerikan liderinin milli təhlükəsizlik üzrə  məsləhətçisi Mayk Uolts, Ukrayna və Rusiyayaya, "Trampın səbr kasası dolmamış" tərəfləri danışıqlara nail olmaq naminə  tez hərəkət etməyə" çağırır.

 ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloq daha əvvəl  bildirmişdi ki, Donald Tramp tərəfləri ən azı 30 gün müddətinə atəşi dayandırmağa çağırıb. Xüsusi elçinin sözlərinə görə, Rusiya və Ukrayna sülh razılaşmasını imzalamağa yaxındırlar. Trampın xüsusi elçisi də, yəqin ki, öz dediklərinə inanmır. Çünki, əksinə tərəflər, nəinki sülh danışıqları barədə düşünürlər, əksinə döyüş meydanında aqressivliyi artırmaqda davam edirlər. Xüsusiylədə Rusiya addım-addım olsada, Ukrayna ərazilərində irəliləməkdə  davam edir. 

 
 

TƏQVİM / ARXİV