Avropanın yüz milyardlarla sərvəti ABŞ-a axacaq
Ukrayna müharibəsinin uzanması kimə sərf edir?
Avropa İttifaqı Avrokomissiya rəhbəri Ursula fon der Lyayenlə görüşdən sonra, jurnslistlərlə görüşən ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı ticarət razılaşması bağlayıb.
Ağ Evin rəhbərinin sözlərinə görə, tərəflər 15 faizlik vahid tariflərlə bağlı razılıq əldə ediblər. Həmçinin blok ölkələri ticarət üçün öz bazarlarını sıfır rüsumlarla Ştatların üzünə açacaq.
"Onlar (Avropa İttifaqı) ABŞ-dan 750 milyard dollar dəyərində enerji daşıyıcıları alacaq və ABŞ iqtisadiyatına bu günədək qoyulan investisiyalara 600 milyard dollar əlavə vəsait yatıracaqlar"- deyə Tramp əlavə edib.
Bundan başqa, Avropa ölkəkəri yüz miyardlarla dollarlıq amerikan hərbi texnikasını almağı öhtələrinə götürüblər.
Beləliklə, siyasətçidən daha çox özünü biznesmen kimi aparan ABŞ prezidenti Donald Tramp, Avropanı özünə ram etdirməklə, həm də, onlarıb yüz millyardlara dollar vəsaitlərini Vaşinqtona daşıyacaq.
Tramp, söz verdiyi kimi, "tozsoranı" işə sallb, Avtopanın milyardlarını sovurmaq planını "uğurla" davan etdirir.
Bu yaxınlarda, Ukrayna və Rusiya araslnda Ağ Ev rəhbərinin təklifi ilə atəşi dayandlrılması ilə bağlı razılaşma əldə etməmısindən guya "qəzəblənən" Donald Tramp, Ukraynaya hərbi yardlmın dayandırılması ilə bağlı qərarını bəyan etmişdi. Lakin, Tramp sonradan bu qərarını bir az yumşaldaraq, Avropa ölkələrinə, ehtiyat bazalarlndan öz hesablarına Ukraynaya uzaq məsafəli "Patriot"raket sistemlərinin verilməsinə razılıq vermişdi.
Görünən odur ki, Trampın müharibəni bitirəcəyi ilə bağlı vədlərinin arxasında daha geniş planları var imiş. Hazırda Vaşinqton Rusiya-Ukrayna müharibəsinin davam etdirilməsində maraqlıdır və buna çalışır. Avropanın hesabına amerikan hərbi texnikasını Ukraynaya ötürürməklə, Tramp həm milyardlar qazanacaq, həm də yavaş-yavaş nöbəti istəyinə-yüz milyarlarla dəyəri olan, Ukraynanın nadir yeraltı sərvıtlərini ələ keçirməyə çalışır.
Rusiyanın Ukrayna ilə müharibəyə başlanmasına səbəb kimi, guya NATO-nun onun sərhədlırinə yaxınlaşmasının qarşısının alınması məqsıdi olduğu boş sözdür. NATO onsuzda Bribaltika dövlətlərində mövcud idi. Hələ bu da azmış kimi, bir ildır Rusiyanln sərhədlərində, Finlandiyada da, artıq hərbi bazalarını qurur. Amma Rusiya nədənsə, Finlandiyaya müharibə elan etmir.
Yəni, Rusiyanın Ukrayna ilə müharibəyə başlamasında əsas səbəb, Ukraynanın yüz milyardlarla ölçülən yeraltı sərvətlərinin ABŞ-ın əlinə keçməsinin qarşısını almaq idi. Putin elə güman edirdi ki, 3-4 günə, uzağı bir həftəyə Kiyevdə hərbi parad keçirəcək. Lakin alınmadı, müharibə ABŞ-ın və Qərbin hərbi dəstəyilə artıq üç il yarımdır ki, davam edir və nə vaxt bitəcəyi məlum deyil...