adalet.az header logo
  • Bakı -°C

Tramp Ukraynanı "qurban" verir..? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
89 | 2026-10-13 09:42
A- A+

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarından sonra,  Rusiyanın  dizel məhsullarına qarşı tədbiq olunan sanksiyaları müvəqqəti olaraq dayandırdığını bəyan edib.

 Ağ Evdən bildirilir ki, razılaşmaya görə, Rusiya dünya bazarına 4,8 milyon ton dizel yanacağı çıxaracaq. 

 Rusiya və ABŞ prezidentlərinin danışıqları dünyanın siyasi elitasının gözləmədiyi razılaşma ilə nəticələnib. Tramp bu qərarın Ukraynanın, ABŞ-ın Rusiyanın yanacaq istehsal edən müəssisələrinə zərbələr endirməmək xahişindən imtina etdiyinə görə qəbul edildiyini bildirib. Yəni, Zelenskinin acığına(?).

 Ekspertlərin fikirincə, Donald Tramp seçkilər öncəsi ölkədə sürətlə qalxan dizel yanacağının qiymətlərinin aşağı salınmasına çalışır. Rusiya dizelinin ameriksn bazarına çıxarılması, xüsusiylə həmişə respublikaçılara səs verən ştatların səslərini qazanmağa hesablanıb. 

 Bundan başqa, amerikan lider bu qərarı ilə, guya Ukrayna prezidentindən incikliyini nümayiş etdirir. Tramp bəyan edib ki, Ukrayna rəhbərliyi onun Rusiyanın yanacaq istehsal edən müəssisələrinə zərbələr endirməməklə bağlı xahişini geri çevirib. 

 Zelenskinin Trampla qarşılıqlı replikalarından sonra, Vaşinqtonun Kiyevə təyziqləri müşahidə olunmaqdadır. "Finsncial Timesin" məlumatlarına görə, ABŞ Ukrayna və avropalı tərəfdaşlarını, kəşfiyyat məlumatlarının verilməsini məhdudlaşdıracağı və silah tədarükünü dayandıracağı ilə təhdid edib. Xatırladırıq ki, avropa dövlətləri Ukrayna üçün silahları ABŞ-dan alır.

 ABŞ prezidenti, Zelenskinin müharibəni dayandırmaq istəməkdə günahlandırıb və onun hakimiyyətdən getməsinin vaxtı çatdığını bildirib. Zelenski buna cavab olaraq bildirib ki, 60 günlük atəşkəs elan edilərsə, seçkilərə getməyə hazırdır.

 Beləliklə, Ukrayna Rusiya qarşısında yenidən çətin vəziyyətə salınır. Putin uzunmüddətli atəşkəsə çətin ki, razılıq versin. Çünki, əvvəllərdə belə təkliflər, "Ukraynanın bu fasilədən silah arsenalını artırmaq üçün istifadə edəcək" bəhanəsiylə Kreml tərəfindən rədd edilib. 

 Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrovda, Ukraynanın atəşkəs fasiləsindən istifadə edə biləcəyini dilə gətirərək, atəşin dayandırılmayacağını, Xüsusi Hərbi Əməliyyat sona çatanadək davam edəcəyini bəyan edib. 

  Donald Trampın "siyasət adamı" deyil, "biznes adamı" olduğunu illər əvvəldə yazmışdıq. Onun "İlk növbədə Amerika " şüarı bir daha göstərir ki, amerikanlar öz ölkələrinin marağı xatitinə nəinki Ukraynanı, hətta Avropanı da istənilən vaxt qurban verə bilər...

 

  • Oktyabr:
  • 2
  • 9

TƏQVİM / ARXİV