Trampdan İrana mesaj: “Qaçılmaz olanı gecikdirirlər”
ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciət edib.
Adalet.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.
ABŞ lideri bildirib ki, İrana endirilən zərbələr fonunda ölkənin iqtisadiyyatı faktiki olaraq çökmək üzrədir.
"Hazırkı vəziyyət bizi daha çox qane edir. Hörmüz boğazına demək olar ki, tam nəzarət edirik, İran iqtisadiyyatı isə tamamilə çökür. Onlar sadəcə qaçılmaz olanı gecikdirirlər", - deyə Tramp qeyd edib.
Qeyd edək ki, iyulun 8-də Tramp atəşkəsin pozulduğunu açıqlayaraq İrana qarşı yeni zərbələrin endirilməsinə göstəriş verib. Bunun ardınca İran ABŞ-nin Fars körfəzi regionundakı hərbi obyektlərinə raket və PUA-larla hücum edib.
Vaşinqton Tehranla danışıqların bərpa olunmasını istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, İranın nüvə proqramı və digər məsələlər üzrə fikir ayrılıqları prosesin gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradır.
Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi demək olar ki, iflic vəziyyətindədir.
Digər Xəbərlər
02 Sentyabr 2026 09:52
ABŞ İranda SEPAH hədəflərinə yeni zərbələr endirdi
02 Sentyabr 2026 09:48
724 minlik körpü açılışda çökdü - VİDEO
02 Sentyabr 2026 09:36
4 mindən çox insan daşqınlar nəticəsində itkin düşüb
02 Sentyabr 2026 08:37
"Azərbaycanın daxili işlərinə qarışmalı idik?" - Putindən Paşinyana sual
02 Sentyabr 2026 08:35
Rusiya və Almaniya müharibə vəziyyətindədir - Zumann
02 Sentyabr 2026 08:31
İranla diplomatik əlaqələri kəsdilər
02 Sentyabr 2026 06:32
ABŞ İranın hərbi hədəflərinə zərbələri başa çatdırıb -YENİLƏNİB
01 Sentyabr 2026 19:43


Bakı -°C

