Tramp Putinlə Ukraynanı müzakirə etdi

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ-nin "New York Post" tabloidi Ağ Ev rəhbərinin özünə istinadən məlumat yayıb.
“Prezident Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb, Ukrayna ilə müharibəyə son qoymaq üçün danışıqlar aparıb”, - nəşr yazır.
“Mən susmağı üstün tuturam”, - nəşr onun sözlərindən sitat gətirib.
Ağ Ev rəhbəri bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün konkret planı olduğunu vurğulayıb, ancaq heç bir təfərrüat açıqlamayıb.
Digər Xəbərlər

ABŞ-ın Rusiyanın irəliləməsinə qarşı addımı: GLSDB

İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

"Ərdoğanla görüşü çox mühüm nailiyyət hesab edirəm" - Paşinyan

Makron sülh sazişinin mətni üzrə razılaşmanı ALQIŞLADI

Paşinyandan müzakirəsi yekunlaşan sülh sazişi ilə bağlı AÇIQLAMA

"Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" - Ermənistan XİN

Çavuşoğlu: Vaxtında Türkiyənin addımları dəstəklənsəydi, Ukraynada atəşkəs əldə edilərdi
