Türkiyə XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun nəticələrindən narahatıq

ABŞ-nin İranın nüvə obyektlərinə hücumu ilə bağlı nəticələrdən narahatıq.
Adalet.az xəbər verir ki, bu, Türkiyənin Xarici İşlər Nazirliyi yayınladığı bəyanatda yer alıb.
Qeyd olunub ki, Türkiyə İsrailin bölgədə təcavüzü ilə başlayan münaqişənin genişlənməsi və təhlükəsizlik mühitinin sabitliyinin pozulması riskinə hər zaman diqqət çəkib. ABŞ-nin bu gün (22 iyun) İranın nüvə obyektlərinə hücumu riski maksimum dərəcədə artırıb.
“Türkiyə ABŞ-nin İran İslam Respublikasının nüvə obyektlərinə hücumunun mümkün nəticələrindən dərin narahatdır. Davam edən hadisələr regional münaqişənin qlobal səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu fəlakətli ssenarinin həyata keçməsini istəmirik.
Biz bütün tərəfləri məsuliyyətlə hərəkət etməyə, hücumları indidən dayandırmağa və daha çox insan itkisi və dağıntıya səbəb ola biləcək addımlardan qaçmağa çağırırıq.
İranın nüvə proqramı ilə bağlı münaqişənin yeganə həll yolu danışıqlardır. Beynəlxalq ictimaiyyəti tərəflər arasında diplomatik həllin tapılması səylərini dəstəkləməyə çağırırıq”, - bəyanatda bildirilir.
Qeyd olunur ki, Türkiyə bu məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə və konstruktiv töhfələr verməyə hazırdır.
Digər Xəbərlər

Pentaqon rəhbəri: ABŞ İranı rejim dəyişikliyinə təhrik etmək niyyətində deyil

B-2-lərin bir neçəsi hələ də havadadır - General

ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil oldu - Pezeşkian

İsrail Ordusunun rəsmisi: ABŞ-nin İrana gecə zərbəsi bizimlə razılaşdırılıb

SEPAH ABŞ-a meydan oxudu: Cavab zərbəsi gözləyin!

İran xarici işlər naziri Moskvaya səfər edəcək

İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb
