ÜFÜQDƏ AĞ YOL... - MƏLAHƏT İSMAYILQIZI yazır

M. Araz- 90
FƏTH OLUNMUŞ ZİRVƏ - MƏMMƏD ARAZ ZİRVƏSİ
ROETİKANIN MƏMMƏD ARAZ FƏLSƏFƏSİ...
Öz ömrümü şum elədi öz əlim- M. Araz
Elə yoxsulluğumun özü zənginliyimin nəticəsidir- Ovidi
Mən daşam, dəmirəm daha... nə dedin bu düşüncənlə, mənim kimilərini dəfələrlə gözlərini dolub- boşaldaraq... Ululardan Ulu Azərbaycan, Ululardan Ulu Məmməd Araz, dünyanınmı- Türkünmü dünyaya gəlişinin yaşı qədərdi yaradıcı dünyan, fikir- fəlsəfi düşüncələrin. Bu nə tale, neçə- neçə əsr öncə Füzuli çəkən qəhri M. Araz XXI- ci əsrin astanasında yenidən çəkir, alın yazısımı bu... Qədər deyək, yoxsa təsadüf, axı şəxsən Mən bir düşüncə İnsanı olaraq təsadüflərə inanmıram. İlğım, boş bunlar. Həyatda təsadüfdən çox zərurət var. Bu elə bir anlam ki, ən kamil çağında belə səni dilləndirə bilər, çağlaya bilər. M. Arazın yaşı yazdıqları- pozduqları, yaşadıqları, yaşatdıqları ilə müqayisə də çoox azdır, azacıqdır.
Sənin istedadın, İlahinin verdiyi qüdrətin, Vətən, Azərbaycan sevgin dünyalara- okeanlara, məmləkətlərə sığmaz. Sənin adın gələndə sanki ruha Günəş doğur, ayrı bir ruh çarpır sinədə- köksdə, ayrı bir işıq seli, nur ağlığına bürünür sanki İnsan. :
Qəm eləmə Məmməd Araz,
Dünya belə qurulubdu...
Əyriləri kimsə qırmaz...
Düz ağaclar qırılıbdı ! - M. Aslan
Kimə lazım bu qara- qurular, kimə lazım bu” əyri ağaclar” kimə ( iştə bu ki, öz əyriliklərini Tanrı gözəlliyi hesab edirlər)... Hərdən deyil, hər bu M. Araz adlı Günəşi düşünərkən, bu Ulu şairə olan hücumları, paxıllıqları, ağrı verəcək hər amili sanki hiss edirəm. Deyirlər ki, it hürər, karvan keçər, təbii itlər təkcə hürümür, səni didik- didik edirlərsə, bu sadəcə karvan keçməyi deyil. Ömür keçirdirlər, özü də Məmməd Araz adlı bir ömür bitirirlər. Zərif, həssas Şair ürəyi belə xainliklərə, paxıllıqlara, kin- kidurətə tab gətirmir axı. Dankonun ürəyi kimi məşəl alan M. Araz Ürəyidir, unutmayaq bunu. :
Sanma ki, dünyanın bəxtəvəriyəm,
Yuxuda xoşbəxtəm, o da yatsam...
Nahaq haqq əritsə... Mənəm əriyən !...
Məmməd Araz əsil kişi ömrü yaşadı, Kişi Ömrü. Hər hansı özünü ziyalı hesab edən, öz cızma- qaraları ilə zəhlə tökən, dırnaqarası ziyalı ömrü yox. Həm kişi kimi, həm şair kimi, həm Vətəndaş- torpaq, Yurd sevgili bir İnsan ömrü- Azərbaycan Şeirinin Şahı adlandırsaq belə azdır. Günəşmi, yoxsa İldırım vurması- ildırım çaxmas- Onun möhtəşəm dünyasının ən gözəli, ən mükəmməli- Vətənin ən Uca nöqtələrdən dəyərlənməsi. :
Bu torpağın son qurbanı Mən olsam,
Eldən ötən güllələrə tən olsam...
Qardaş deyib, yurddaş deyib ağlama,
Səsini boğ Millət Qızı ağlama,
Ağlamağın yeri deyil ağlama !
Çox heyiflər ki, M. Araz bizim Zəfər Qalibiyyəti- 2020-ni görmədi... Lakin Onun Vətən hayqırışlı poeziyası ilə, dünyası ilə maariflənən, tərbiyələnən nəsil idi bu Qalibiyyət Zəfərini Azərbaycana yaşadan! Sənin poeziyanın ruhundan su içmişdi Azərbaycan Əsgəri !
2017- ci ildə bir zərurət nəticəsində Naxçıvan torpağına- Ulu Məmməd Arazın Ululardan Ulu yurduna getdim. Və ilkin təssüratım məni çox heyrətə saldı. İlan Dağa- Haça Dağa, Əlincə Qalasına, Şeyx Nəiminin məzarına ziyarətə gedərkən, Əshabi- Kəf, Möminə Xatun türbəsi və s. saymaqla qurtaran deyil bu Ulu diyaır inciləri. Orda, məhz onda anladım, Məmməd Araz nədən belə böyük şairmiş, qranit rəngli minillik qayalar, sanki minillər öncə Tanrının özünün püskürtməsi imiş bu torpaq, yanmış vulkana oxşar torpaq, torpağın, qranit qayaların dili olsaydı nələr- nələr danışardı... Elə məhz danışa bilməyən təbiətin möcüzəsi deyək şair M. Araz yaradıcılığına...M. Araz dünyasının fəlsəfəsi Onun VƏTƏN adlı İlahi sevgisidir Azərbaycan adlı dünyaya sığmayan hayqırışıdır :
Azərbaycan, mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər...
Azərbaycan deyiləndə ayağa dur ki,
Fizulinin ürəyinə toxuna bilər !
Yadıma əsgərlərimizə- bizlərə xitab şeiri səslənir :
Dur içindən qorxağı qov,
Dur içindən qorxunu qov...
Ölümünlə- qalımını ayırd elə...
Həmin bu od nəfəsli,Vətən adlı sevdayla böyüdü bizim Qalibiyyət- Zəfər dastanı yazan İgidlərimiz. Harda olursa olsun M. Araz adı gələndə üzlər tamam ayrı görkəm alırdı, Onun Vətən adlı- Azərbaycan adlı Günəşə vurğunluğu insanlarımızı belə qarsıdırdı :
Vətən daşı olmayandan,
Olmaz ölkə vətəndaşı !
Ocağa atılmaq üçün olsa belə, Vətənin balaca bir çırpısı olmaq nə xoş. O balaca çırpı belə, bir anlıq da olsa yol göstərir. Və o işıq- od ömürlük qəlblərə qazılır.
Vaxtı ilə vurğunu olduğum bu gözəl şairmi deyim, ziyalımı, özünü millətinin yolunda şam kimi əridən, hər əridikcə isə yenidən Vətən adlı- Azərbaycan adlı İlahi sevgiylə qanadlanıb uçan Ulu Şairimiz haqqında yazmışdım. Lakin illər öncə olsa da, bu kamil şairə marağım və sevgim heç azalmadı ki, azalmadı. Sadəcə olaraq Onun müdrikləşən Vətən sevgisi, fəlsəfi dünyasının məntiqinə heyranlığım daha da artır. :
Sənin də etibarın bura qədərmiş,
Dözümünün dözümü çatmadı sona qədər...
Mən aldadım özümü, qəzaya qismət deyim...
Sən aldat özünü ki, naxışdı yanlış qədəm !
Təbii M. Araz yaradıcılığına, onun Ulu Azərbaycan sevgisinə nə qədər vurğunsan, bir o qədər də poetik dünyasına, obrazlı dilinə, dərin- səmimi sevgisinə, aşiqlik sevdasına vurğun olmaya bilmirsən. Ana- bacıdan belə gizlətdiyini kağız- qələmdən gizləyə bilməyən şair:
Məni şeirimdə gəz bir İnsan kimi,
Qəlbimdə nə varsa, ona demişəm,
Anadan- bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm !
Məmməd Araz və Ulu Füzuli- maraqlıdır necə də bir- birlərinə oxşayırlar... Onların oxşarlıqları ulu- müqəddəs duyğuların, mənəviyyat dünyasına olan sonsuz yanğı və bu yanğıdan od- alov alaraq pərvanə tək Özünü yandırmaqdır, Füzuli sufi-Aşiq, İlahi eşqin tərənnümçüsü, M. Arazda isə bu İahi Eşq Vətəndir- Azərbaycan adlı Ana Vətəndir...:
Degildim Mən Sənə Mail...
Sən etdin əqlimi zail...
Məmməd Araz da...”Nakam məhəbbətlərin, İsa- Musa quşu olum”...
Bu necə məleykə, önümdə belə...
500 il əvvvəl yaşamış Füzuli və onun İlahi eşqi, “Füzuli dərd əlindən dağa çıxdı”... məntiq və M. Araz fəlsəfəsi :
Mən tale yoluna çox tez çıxdım hədər...
Və yenə də üzüdönüklər, xəyanətlər dünyası ilə üz- üzə qalan şair:
Bu dünya sevgilər dünyası deyil,
İtlər dünyasıdır, quduran itlər...
Xəyanətin yaşı dünyanın yaşı qədərdir. Dünyanı məhv edən Habil- Qabili yada salaq, qardaş- qardaşa qıydı- nədən, yenə də paxıllıq və nəhayətində ucunda xəyanət dayanır:
Qohum badalağından cəllad bıçağı yaxşıdır...
Daha deyiləcək söz qalmır, məhz belə hallarda sözlər şeirə dönüb axır Filosof Şairin sözlərindən, yazılarından...
Heç nə qalmayacaq bilirəm bunu,
Nə şöhrət tacı, nə şöhrət çələngi...
Vida deyəcəyəm Vətən mülkünə,
Gözləri yumulu, əlləri açıq...
Xalq ruhunun daşıyıcısı özü Azərbaycan boyda Xalq olan Məmməd Araz, Azərbaycan deyiləndə baş əyib ayağa duran Məmməd Araz ruhundakı bu yanğı , qan yaddaşı, genin ululuğundan bu günəcən kimsənin sənin qədər mükəmməl ifadə edə bilmədiyi ruh halının , bu dünyanın fəlsəfəsini kimsə belə ifadı edə bilməyib, sənə olan vurğunluq-- Məmməd Araz adlı dünyanın Azərbaycan adlı Günəşi bəşəri bir döğuşdur :
Səndən qeyri biz hər şeyi bölə billik...
... deyən bəşəri İnsan- bəşəri şair, Sənin fəlsəfən və Vətən sevgin qarşısında, yenə də sordum, “ Sən hansı xilqətdən yaranmışdın Məmməd Araz, dünyası Azərbaycan olan Ustad öylə isə nədən dedin ... “Qara cilddə çap eləyin kitabımı, Məndən sonra”... Nədən, nədən ki, Məmməd Arazdan sonra Azərbaycan sevgisi azalacaqdımı, yoxsa, yox Məmməd Araz unudulası, yaddan çıxası deyil, yoxsa öz yoxluğunu Vətən nisgili kimi görürdü...Öz yoxluğuna, öz böyüklüyünə, əslində Vətənin taleyindən niğaran idi, naməlumluq onu ağladırdı. Azərbaycan boyda sevgi olan şairə qarşı o qədər qısqanc bir mühit vardı ki... Əslində isə qısqanclıq adlandırdıqları o mənfur hissi isə duymaya nə vardı ki... O ki, ola Məmməd Araz həssaslığı- duyumu.:
Asılacaq buludlardan pis olanlar,
Sədaqət, etibardan pis alanlar...
Ey əsrimin günahları!
Döyül! Çırpın!Yuyun!
Sabahların imtahanı hələ durur,
Hələ durur (1967)
Hələ 1967- ci ildə yazmışdı bu şeirini Məmmə Araz, deməli yalan, puçluq, yalançı bəzəklər, saxta aləm dünən də olub, bu gün də var, sabah da olacaq. Yəni “mübarizə bu gün də var, yarın da- M. Müşfiq”. “Boynu bükülü dərdim”- deyir M. Araz... axı dərdli- ələmli insan boynu bukülü olur, könül sınıqlığını heç vəchlə, istəsə belə gizlədə bilmir insan. Sözsüz, dünya rəqabət meydanıdır, lakin rəqiblik xəyanətə, daşına bilinməyəcək qədər ağır olan paxıllıq adlı yükə çevrilməməlidir.
Genel kökləri ilə kökünə- soyuna, minilliklərinə bağlı şair öz keçmişini, Ana adlı müqəddəs ilahi varlığın həsrətini çəkir...
Mənim bir də o yerlərə dönmək həvəsim...
Anamla- Atamla birgə məzara getdi.
Bu nə tanış duyğu, Ana kimi yar varmı, Ana sevgisi qədər uca, ülvi məhəbbət olurmu görən.. yox belə əfsanə- ilahi sevgi yenə də ANA adlı ilahi varlıqda olur...
“”Ata Ocağı” adlı şeirini oxuyur və düşünürsən, bizlər, İnsanlıq bir- birimizə necə də oxşayırıq. İnsanlığın çəmi yaşamı həkk olunub bu düşüncələrdə, həyat tərzində. Maraqlı bir sualla şair özünə müraciət edir :
Ömrün şənliyində, ömrün yasında,
Bura od dalınca gələsiyəmmi?..
Bu nə ayrılıqdır Ata yurduna,
Əlvida deyirəm ocaq başında !
Əlbəttə dünya təzadlar dünyasıdır, qara üzərində ağ əzəmətli görünür, ama baxır harda, yaşamaq eşqilə yaradılıan, yaratmaq- qurmaq üçün- gələcək üçün tikilən bir saray- ev, qara daşlar üzərinə ağ kantlar ecazkardı, mənimlə razılaşarsınız deyilmi, bir də var “süd ağıyla məzar daşına” yazılan ad... elə ən böyük təzad budur. Ustadlar Ustadı Məmməd Araz, ... Fikrin ağ yol düşüncəsi, bu nə mübaliğədir, nə bənzətmə, bu Ulu, müdrik Şairin Azərbaycan adlı diyarı ucalarda, AĞ YOL üzərində görmək istəyindən doğan məntiqdir. Bizlərdə, yəni Ulu GÖYÇƏ mahalında AĞ YOXUŞ deyilən bir toponim- tarixi məkan vardı, bir növ, Göyçə camaatının Qərbdən-Şimala, Azərbaycana gedən kəsə yola deyilərdi. Yenə də məqsəd AĞ Yoxuş misalı- AĞ YOLa doğru, dalardı bizlər üçün. :
Bu yorğun yolçunun yolu yoxuşdu,
Cənnət vəd eləmə üfüq dalında...
Yoluma daş- qaya diyirlə xoşdu...
Alnıma güllə sıx, açıq alınla!
M. Araz sözdən söz göyərdir öz yaradıcı dünyasında, sanki boz səhralıqlara yaşıl atlazdan paltar geyindirir, al- əlvan rəngdə. Cığır salınan yol isə ilmə üstə ilməyə bənzəyir. Onun hər sətrindən, kəlməsindən nur- bərəkət yağır. Ruhun mənəvi qidasıdır Məmməd Araz poeziyası. Al-əlvan bir xana toxunuşuna bənzəyir M. Arazın sehirli dünyası, məntiqi və fəlsəfəsi. Və hər an bu Ulu Şairin yaradıcı dünyasında forma və məzmun bitkinliyi ilə rastlaşırsan. Və Onun fəlsəfəsi ürəklər yaxır :
Biz yola ayrıca qatar qoşub,
Ayrı səmtə gedirdik artıq...
Bir ömür yol getdik bir gündə bəli...
Dünyada nə gözəl bir gün yaşadıq !
Maraqlıdır, İnsan- o da şair- M. Araz kimi şair ola , özünü axtarışda, onu anlıyan olanda, ona dəyər veriləndə sanki, həyatımızda M. Araz deməli, yeni AĞ YOL açılır. Əlbət ki, AĞ YOL deyək bu yola, nura bələnmiş , buludların- təmizliyin üzərində , kövrək duyğular cığırında deyə bilirsən :
Qəfil ildırımdıq, üz- üzə gəldik...
İşığın- işıqdan gözü qamaşdı...
İşığın işıqdan gözü qamaşdı, iki gözəllik üz- üzə dayanarsa, sözsüz biri o birinin- hər ikisi bir- birinin gözünü qamaşdıracaq...
Sənin aləmində ən yaxşıyam Mən...
Yaxşıların yaxşısını axtaran insan nədən həyatını cəhənnəmə çevirənlə ömür yolunu sonlandırmalıdır... Nədən, milli melitantet deyilən bit amilə görəmi... bu ki, absurdddur.Bu ki, sübuta ehtiyacı omayan bir aksiomadır. Nəyi sübut etməyə çalışırsan İnsan ... bax müsəlmançılıq deyilir bunun adına və Azadlığı qadağan olunmuş İnsanlar... nəhayətində son. Həyatlar cəhənnəmə çevrilsə də, bu ömürü birgə başa vurmalısan... bumu məntiq...
Üfüqdə AĞ YOL- bu yol daim var olacaq, çoxlatı sənin səviyyənə, Sənin Ulu Zirvənə qalxmaq üçün çox cəhdlər etdilər, lakin o Zirvədə ki, Məmməd Araz vardı, artıq o Zirvə Fəth olunmuşdu. Hər yaradıcı dünyana qapıldıqca, düşüncəmə bir fikir hakim kəsilir, SƏN BƏŞƏRƏ sığmayacaq qədər dahi və Ulusan, al- yaşıl rəngdə, mübariz Azad, inqilabçı ruhlu bir şair, bir Şəxsiyyət!
Və Mən... Məmməd Arazın “Vəsiyyət” adlı şeiri ilə bərabər oxuyur, oxuduqca bu Ölməz dühanın fəlsəfəsini, məntiqini, forma və məzmun vəhdətini anlamaq istəyi və anladıqca yeni məna- ifadə, poetik dünya ilə üzbəüz qalıram. :
Qoy Mən-
Qara torpaq üstündə
Üfüqə doğru gedən...
AĞ YOLA bənzəyim...
Sən, Azərbaycanın poeziya Günəşi- bu günkü poeziyamızın, şeiriyyətimizin AĞ YOLUSAN ! Süd rəngli, özü də ağapaq bir yol...Ağappaq ağ kəpənəklərin uçuşduğu süd ağı və o ağlığı tutub gedən Ağ kəpənəklərə bənzər İnsan !
İşığa doğru, amalımız budur, Ağ YOLA doğru, Ağ Yoxuşa doğru !
P. S. : FƏTH OLUNMUŞ ZİRVƏ, POETİKANIN MƏMMƏD ARAZ FƏLSƏFƏSİ və s nə qədər gözəl, məntiqli adlar desən yenə də Məmməd Araz dünyası üçün azlıq edər.
Sadə, səmimi dil, ancaq dil və düşüncələr fəlsəfi məqamlar, məntiq – nə oxşama var, nə bənzətmə, mübaliğəsiz səmimiyyət, poetik ruh və obraz... və insanın ikinci “məni”ni açan ustaların Ustası, Ustad M. Araz , Azadlıq sevgisinə söykənən həyatımızın digər bir hekayəsi, hiss və duyğularımız, digər fərdə bəslənən ülvi duyğular ... M. Araz da bu duyğular, bu məhəbbət o qədər ecazkar, o qədər qeyri- adi məhəbbət rəngində ifadə olunur ki, Onu sevməmək, vurulmamaq olmur. Uzun illər öncə oxuduğum bir şeiri daim qulaqlarımda səslənərdi :
Hardasan, kimsən axı...
Bilmirəm!
Bilirəm- bunu sən,
Hardasa yaxşılardan birisən....
Həyatımız, ömür yolumuz yaxşı və yaxşılıqlar üzərinə köklənmirmi... İnsan adlanan varlıq yaxşı və yaxşılığı, gözəl və gözəlliyi özünə yol göstərici, yol yoldaşı etməməlidirmi ! “Yaxşıdan və Gözəldən heç ümidini üzmə- İsmayıl Əliyev”.
“Qara cilldə çap edin kitabımı- deyən şair : Bizim nəslin bir xoşbəxtliyi var ki, onlar S. Vurğunu gördülər, M. Hüseyni, Rəsul Rzanı yaxından tanıdılar, Əli Kərimlə dostluq, yoldaşlıq etdilər”. Bu gün isə yeni nəsil, şəxsən öz adımdan deyirəm, Azərbaycan müasir şeirinin, poeziyasının banisi Məmməd Arazla, bəli tək M. Araz yetər ki, bir zamanı bölüşdürdülər. 70- 80-ci illərdən etibarən üzü bu yana gəncliyin tərəddüd etmədən sevdiyi, dəlicəsinə vurğun olduğu cəfakeş şair – M. Araz!
Hələ 1968- ci ildə yazmışdı “Vəsiyyət” adlı şeirini və maraqlı olan bu ki, bütün gələcək həyatının ömür xəritəsini cızıb- həkk edib bura şair öz fəlsəfi , ruh aləminin fəlsəfi baxışlarıyla: tünd qara... Lakin sonda “ Süd rəngiylə həkk edin adımı ora” – deyimi ilə Onun əbədilik qazandığı yoldur AĞ YOL.
M. Araz öz yaradıcılığı haqqında danışarkən keçdiyi məşəqqətli, lakin şərəfli kişi ömrünü, yaradıcı dünyasından əlavə işlədiyi vəzifələrini sadalamır, yalnızca yaradıcı dünyası var, bir də Şair ömrü... “Özüm söz demək istədim, öz sözümü demək istədim. Nə dedim? Necə dedim? Nə bilim?!. Sənəti dərk elədikcə əsl söz əlcatmazlığa qalxdı”...Mənim tərcümüyi- halım şeirlərimdir deyir şair.: Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir- “Qəlbində nə varsa, onu deyir”.
Bizlərin- yəni yazı- pozu əhlinin böyük bir qismi əslində öz bioqrafiyasını ifadə edir. Burda isə əslində pis heç nə yoxdur, gözəllik orda ki, doğurdan da söz deyə biləsən. Sözdən qalalar qurulmurmu... , daha doğrusu SÖZlərdən qalalar qurulur ! Və bu şərlə ki, M. Araz deməli, öz sözünü deyəsən !
Və ən gözəli söz demək...öz sözünü demək ! M. Araz yaradıcılığı eşq deyil, məhəbbət deyil, səcdədir- ibadətdir, bir fədai olmaq istər İnsan. Onun Vətən sevgisi İlahilik dərəcəsindədir, qarşıdakını uzun- uzun deyil, elə həmin an çuğlayır, özü ilə aparır- Sərhəd xəttinəcən, dözüm səddinəcən. Və burda son məqsəddir VƏTƏN! Məqsəd, amal vasitələrdən irəlidir. Bunu bu yaradıcı dünyanın şeiriyyətində , ən Uca Sevgi olan ANAMIZ və VƏTƏNİMİZ, M. Araz yaradıcı dünyasıdır bunlar, Vətən sevgisi ilə dəli- divanə edir, həm sevirik, həm aşiq oluruq... təbii ki, düşünürük. Və bu düşüncə deyil artıq, mübariz bir ruh bu xalqı BOZ QURDa çevirdi...:
Ulu Şahım Qılıncına söykənim!
Zülmətlərə göz dikməkdən kor olmuşuq;
Özümüzü görməkdən ta yorulmuşuq,
Özümüzü görməyi sən öyrət bizə!
Uçurulmuş dünyamızı...
Hörməyi sən öyrət bizə !
“Al mumluğu, al qəddarlıq öyrət bizə- deyən şair sənin ruhun, Azadlıq sevgin, torpaq- yurd sevgin nə qədər böyük, nə qədər uca- tarixi, Şah Babamızı- Şah İsmayılı səsləyirsən, keçmişin sənindir, ibrət al, Vətən sərhəddən başlanır, o sərhədi əldə et, qoru deyirsən “!
M. Arazın Vətən sevgisinə, Vətən üçün döyünən üsyankar ruhunu , o ruh ki, ölmədi, milyonlara keçdi- köçdu o ruh, o sevgi. Köksdən hayqıran atəşdir M. Araz yaradıcılığı, M. Araz sevgisi. Bu sevgi ilə böyüdü Azərbaycan gəncliyi, Onun poeziyası ilə ayağa qalxdı VƏTƏN deyən milyonlar. Son 30 ilin gəncləri bu ruhda doğdu, bu ruhda da 44 günlük Zəfər Qalibiyyəti qazandı. Ruhən Onun- şairin bənzərsiz yaradıcılığı yetirmişdı Azərbaycanın Fədai Ordusunu !
M. Araz yaradıcılığı xalq ruhundan bəhrələnib, xalqdan aldım- xalqa verdim, dil o qədər zingin ki, atalar sözləri, zərb- məsəllər, hikmətli sözlər, aforizmlər və s kimi işlənir, sanki sənin min illər öncə dilin, danışığın və çıxarılan məntiq:
Biz ayaq saxladıq nahaqca yerə...
Məhəbbət yoluna çıxdın dayanma,
Cəsarət gərəkdir bütün sevənlərə,
Yalandı kül olmaq, yalandı yanmaq...
Son iki sətirdəki fikirlər aforizm kimi, ata sözləri kimi – puç dünyanın fəlsəfi anlamı, yalandı kül olmaq, yalandı yanmaq...
Qanmaz qansa ki, qanmazdı...
Yaşamağa nə var, qardaş !
Yaxud, bu günlər ziyalı ordusunun böyük əksəriyyəti istifadə etdiyi “Bu da bir ömürdü yaşadım”... deyimi, hətta bəzən bu sözün şairə məxsusluğunu bilməyənlər, onu da sevgidən hesab edək, çünki, Ulu Şairimiz getdikcə daha da bəşəriləşir və minilliklərin fəlsəfi həqiqətlərini əks etdirir öz yaradıcılığında. Yəni belə misalları yüzlərlə çəkmək mümkündür. Təbii M. Araz yaradıcılığı zərb- məsəllərə dönüb dillərdə, ağızlarda dolaşır. Və nə yaxşı ki, Sən bizimsən, Azərbaycanda doğdun ! Və bu xalqa- bizlərə məxsussan.
Doğru yerdə- və nə yaxşı ki, Azərbaycan adlı bu gözəl məmləkətdə doğdun, və doğru zaman- bizləri, minləri Vətən sevgili- yurd eşqli yanğınla tərbiyə etdin bu Vətən Övladlarını. Sənin Vətən adlı çağrışların böyük bir nəsil yetirdi, həmin o nəsil 2020- ci il sentyabr ayının 27- də ayağa qalxıb erməni adlı faşistlərini başını əzdi, dərsini verdi. Yenilməz sərkərdə, güclü Dilomat İlham Əliyevin əmri ilə son 200 ildə Azərbaycan düşmənləri belə cavab almamışdı. Bu ZƏFƏR QALİBİYYƏTİNdə Ulu Məmməd Arazın da payı var, Sənin yenilməz, bir orduya bərabər yaradıcılığın həmin QALİBİYYƏT DASTANININ yazılmasında böyük rol oynadı. Adın könüllərdə əbədi qazılmışdır.
MƏQAMI CƏNNƏT OLAN ŞAİR, Ruhun şad olsun !
Ruhuna hörmət və ehtiramla : Məlahət İsmayılqızı
08. 08. 23. Bakı
Digər Xəbərlər

“Söz”ün Sevdası

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - REPORTAJ

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır
