Amerikanın The Federalist jurnalının şərhçisi Con Devidson məqaləsində yazır ki, Ukraynada prezident seçkiləri, hazırki prezident Volodimir Zelenskinin mümkün məğlubiyyətə uğraya biləcəyindən ehtiyat edildiyi üçün ləğv edilib.
Məqalə müəllifi hesab edir ki, Zelenski bu ilin yaz aylarında keçirilməli olan preziddnt seçkilərini ləğv edib.
Bu günlərdə Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken, jurnalistlərin bununla bağlı suallarlna birbaşa cavab verib ki, "Bütün ukraynalıların seçkilərdə səs verməsi mümkün olmayana qədər seçkilər keçirilməyəcək".
Con Devidson məqaləsində qeyd edir ki, Zelenski, sülhü təmin edə bilməməsinə görə, vətındaşların əksəriyyətinin ona səs verməyəcəyini bildiyi üçün seçkilərin keçirilməsini qeyri-müəyyən vaxtadək təxirə salıb.
Şərhçinin fikirincə, Qərb elitasının daima sədləndirdikləri "Ukraynada demokratiyanı müdafiə edirik" şüarlarına artıq heç kim inanmır, bəlkə də heç əvvəldən də belə bir inam olmayıb.
"Ukraynada seçkilərin təxirə salınması o deməkdir ki, ABŞ bu ölkədə azad, ədalətli seçkilərin keçirilməsini istəmir. Çünki, seçicilər Birləşmiş Ştatların planlarını poza bilərlər. Ağ Ev buna yol verə bilməz"- deyə jurnalist məqaləsində yazıb.
Məqalə müəllifinin bu sözləriylə razılaşmaq olar. "Ədalət" qəzeti olaraq, dəfələrlə ABŞ-ı Ukrayna və ukraynalılar qətiyyən maraqlandırmır. Onlar yalnız hər hansı bir ölkəyə "demokratiya" pədəsi altına yalnız qan-aada, müharibə, aclıq, səfalət gətirə bilərlər. Necə ki, Əfqanıstana, İraqa, Suriyaya və s. ölkələrə gətirdikləri "demokratiya" kimi.
Ukraynada prezident seçkiləri mart ayının 31-də start götürməliydi, lakin bu il siyasi kampaniyanın keçirilməsi ləğv edilib. Səbəb kimi, ölkədə hərbi vəziyyətin elan olunmasıdır.
Əslində formalda götürsək, real da düşünsək, ərazilərinin az qala yarısı işğal alyında olan, faktiki olaraq gecə gündüz aktiv döyüşlər gedən, şəhərləri-kəndləri müntəzəm arteleriya, raket hücumlarına məruz qalan, milyonlarla vətəndaşı doğms dv-eşkklərindən məsburu qaçqın düşən bir ölkədə hansı demokratik seçkilərin keçirilməsindən söhbət gedə bilər? Ümumiyyətlə göydən raketlər yağan müharibə şəraitində bu seçkilərin keçirilməsini təşkil etmək və seçki məntəqələrinin və ən əsası seçicilərin təhlükəsizliyini təmin etmək və sair prosedurları həyata keçirməyi necə təssəvür etmək olar?
Qanunvericiliyə görə, Ukraynanın hazırki prezidenti Volodimir Zelenskinin dövlət başçısı kimi səlahiyyətləri may ayının 20-də başa çatır. Sonra nələr baş verəcək... yaşayarıq görərik.