"Ümid edirik,bu il Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalayacaq" - Hakan Fidan
Türkiyə ümid edir ki, bu il Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalayacaq.
Adalet.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan məlumat verib.
Onun sözlərinə görə, İrəvanla Bakı arasında sülh sazişi layihəsinin bir neçə bəndinin razılaşdırılması qalır.
Fidan Ermənistanın baş naziri Nikol Paşinyanın “müsbət siqnalları” və “cəsarətli davranışları” barədə də danışıb. Türkiyəli nazirin nöqteyi-nəzərindən bölgədə sülh üçün tarixi fürsət yaranıb.
"Onun (Ermənistanın baş naziri – red.) sülh üçün mövqe bildirməsi müsbət prosesə kömək edir. Biz bunu qeydə alırıq", - XİN rəhbəri bildirib.
Türkiyəli nazir onu da əlavə edib ki, Cənubi Qafqaz Türkiyə üçün “son dərəcə mühüm regiondur”. O, Cənubi Qafqazın əhəmiyyətini Balkanlarla müqayisə edərək qeyd edib ki, Türkiyə üçün Balkanlar Avropaya gedən yoldursa, Qafqaz da Mərkəzi Asiyaya açılan qapıdır.
Digər Xəbərlər
08 Sentyabr 2026 17:43
Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edəcək
08 Sentyabr 2026 13:47
Zelenski Trampla görüşəcək
08 Sentyabr 2026 11:38
Qazaxıstanda neft emalı zavodunda güclü yanğın
08 Sentyabr 2026 10:59
Türkiyə meşə yanğınları ilə mübarizə aparır
08 Sentyabr 2026 10:10
Husilərin Səudiyyə Ərəbistanına hücumunda onlarla insan yaralandı
08 Sentyabr 2026 07:48
Tüstüsünə görə hər il 100 min insan ölür
08 Sentyabr 2026 07:27
Tramp artan neft qiymətlərinə münasibət bildirib
08 Sentyabr 2026 07:09


Bakı -°C

