UNEC-də keçirilən “Açıq qapı”da 18 tələbənin müraciəti dinlənilib
UNEC-də IV modul üzrə imtahan sessiyasının sonuncu “Açıq qapı” günü keçirilib.
“Açıq qapı”da rektor professor Ədalət Muradov, UNEC İctimai Nəzarət Şurasının üzvləri, millət vəkili Arzu Nağıyev, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov və universitetin müvafiq struktur rəhbərləri qəbula yazılan 18 tələbənin imtahanla bağlı müraciətini dinləyiblər.
Tələbələrin müraciətləri imtahan nəticəsinə balın əlavə edilməsi, apellyasiya müraciətlərinə yenidən baxılması, təkrar imtahanın təşkili, akademik borcun ləğv edilməsi, imtahan zamanı yaranan texniki problemlər barədə olub. Müraciətlər dinlənildikdən sonra araşdırılması üçün tapşırıq verilib, bəzi məsələlər isə yerindəcə həllini tapıb.
Xatırladaq ki, UNEC-də IV modul üzrə imtahan sessiyası iyunun 18-dən iyulun 3-dək keçirilib.
Digər Xəbərlər
07 Iyul 2026 14:24
Azərbaycanda tələbələrə şad xəbər
07 Iyul 2026 11:12
Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
06 Iyul 2026 17:44
Sabah bağçalara elektron qəbul başlayacaq
06 Iyul 2026 17:22


Bakı -°C

