UNEC-in Montpellier Universiteti ilə ikili diplom proqramının 4-cü məzunlarına diplomları təqdim edilib
UNEC-in Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının məzunlarına diplomların təqdimolunması mərasimi keçirilib.
Məzunlarla görüşən UNEC rektoru professor Ədalət Muradov onları təbrik edərək, hər iki universitetdə qazandıqları bilik və bacarıqların onların gələcək fəaliyyətlərində və karyeralarında faydalı olacağından əminliyini ifadə edib. Rektor bu il Montpellier Universitetinin ikili diplom proqramından 18 tələbənin məzun olduğunu, ümumilikdə isə 2018-ci ildən start verilən proqramda 46 tələbənin uğurla iştirak etdiyini bildirib. Xarici universitetlərdə tətbiq olunan yeniliklərin və beynəlxalq təcrübənin ölkəmizə gətirilməsində bu gənclərin önəmli rol oynaya biləcəklərini diqqətə çatdırıb.
UNEC-də xarici ölkələrin aparıcı universitetləri ilə bakalavr və magistr təhsili üzrə 8 ikili diplom proqramı reallaşdırıldığını deyən rektor, qısa zamanda iki yeni ikili diplom proqramına start veriləcəyini və proqramların sayının daha da artırılacağını bildirib.
Sonra məzunlar UNEC ilə Montpellier universitetindəki təhsilin oxşar və fərqli tərəflərindən danışıblar, hər iki universitetin tədris prosesi, biliyin qiymətləndirilməsi, müəllim-tələbə münasibəti, akademik mühit barədə fikilərini bölüşüblər.
Çıxışlardan sonra məzunlara Montpellier Universitetinin diplomları təqdim olunub.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

