Uşaq hüquqlarının monitorinqi üzrə meyarlar müəyyən ediləcək

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər müəyyənləşdiriləcək.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Eyni zamanda, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müəyyən ediləcək.
Nazirlər Kabineti 2 ay müddətində uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Digər Xəbərlər

Ağalıda uşaqlıq xatirələri yenidən yazılır - VİDEO
jpg-1754027234.jpg)
Qarabağımın azadlığa çıxmış gozəllikləri: Vəngli - II yazı

Yas mərasimlərində yemək qadağası - Növbə Bakıya ÇATDI

"Böyük Qayıdış": Üzü Xıdırlıya - YENİLƏNİB

Sabah 41 dərəcə isti olacaq - PROQNOZ

Vilayət Eyvazov Astarada vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTOLAR+VİDEO

Yeni yerüstü piyada keçidi inşa olunur
