Valideynlər uşaqlarına qida seçimində nümunə olmalıdırlar - pediatr
“Valideynlər uşaqların qida seçiminə müəyyən bir yaşa qədər müdaxilə edə bilərlər”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio” da pediatr Regina Nemətova açıqlayıb.
Onun sözlərinə görə, əvvəlcə valideynlər uşaqlarına qida seçimində nümunə olmalıdırlar:
“Uşaqlar valideynlərinin davranışlarını izləyərək, öz seçimlərini formalaşdırırlar. Valideynlər həmçinin uşaqlara qida seçiminin nə üçün vacib olduğunu izah etməli və onların bədənə faydalı olan qidaları seçməyə təşviq etməlidirlər. Uşaqların qida seçimlərinə müsbət təsir göstərmək üçün daha məqsədəduyğundur təklif edilən qidaları maraqlı və cəlbedici etmək. Müdaxilə qadağalarla deyil, dəstək və maarifləndirmə ilə olmalıdır. Valideynlər uşaqlarının rasionunda kifayət qədər vitaminlər, minerallar, zülallar və karbohidratların olmasına nəzarət etməlidirlər. Şirinlər və “fast-food” kimi qidaların çox istifadəsinin uşaqların sağlamlığına uzunmüddətli təsir göstərə biləcəyini unutmamalıyıq. Lakin uşaqlara qadağalar qoymaq və ya onları cəzalandırmaq əvəzinə, sağlam qidaların arasından seçim etmə imkanı vermək daha yaxşıdır”.
R.Nemətova bildirib ki, bundan başqa, valideynlər yalnız uşaqlarının nə yediyini izləmək deyil, həm də onlara qida seçimini şüurlu şəkildə etməyi öyrətməlidirlər:
“Valideynlərin uşaqlarının qida seçiminə müdaxiləsi qayğıkeş və sağlam vərdişlərin yaranmasına yönəlmiş olmalıdır. Bu, səbir və dəstək yanaşması ilə həyata keçirilməli, sərt qadağalardan qaçınılmalıdır”.
Digər Xəbərlər
10 Sentyabr 2026 16:49
Balaca Raula dəstək olaq! - FOTOLAR
10 Sentyabr 2026 09:10
ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
09 Sentyabr 2026 17:33
İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 Sentyabr 2026 12:22
“Sən maa heş zad eliyə bilməssən!” - Xərçəngə meydan oxudu
08 Sentyabr 2026 07:04
Gecə yataqda edilən bu səhv kişilərə ağır zərbə vurur
06 Sentyabr 2026 17:00
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
06 Sentyabr 2026 16:31
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
04 Sentyabr 2026 16:13


Bakı -°C

