VARın var-yoxuna lənət
Bizim bəxtimizdəndi, xiyar həmişə əyri bitir. Çempionlar Liqasının təsnifat mərhələsində ilk dəfə VAR tətbiq olundu və o da bizim əleyhimizə işlədi. Hakim siftə mərkəzi göstərdi, sonra VARdan dedilər gözlə, sonra da dedilər ki, bizim oyunçu bir santimetr irəli imiş.
Nə isə, olsun.
Amma «Qarabağ» sonacan at kimi döyüşdü. İkinci heyətlə oynamasına baxmayaraq, Macarıstan çempionuna göz açmağa imkan vermədi.
Möhtəşəm və çox həyəcanlı bir oyun oldu. Azarkeşlərimiz də sonacan «Qarabağ»ın yanında oldu. Eşq olsun azarkeşlərə də, «Qarabağ»a da.
İnşallah, Budapeştdə daha möhtəşəm oynayacağıq. Qələbə bizimdir!
Qurban Qurbanov və onun köhlən atlarına bizə belə ləzzətli həyatı yaşatdıqlarına görə təşəkkür edirik.
Digər Xəbərlər
10 Sentyabr 2026 19:31
"Sabah"ın U-19 komandası "Mançester"ə məğlub oldu
10 Sentyabr 2026 17:01
Hakimləri təhqir edən futbolçu cəzalandırıldı
10 Sentyabr 2026 14:02
Renat Dadaşov Ukrayna klubunda
10 Sentyabr 2026 10:38
Lamin Yamal “Barselona”nın tarixinə düşdü
09 Sentyabr 2026 21:00
“Sabah”ın Çempionlar Liqasında şansları açıqlandı
09 Sentyabr 2026 20:45
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
09 Sentyabr 2026 19:01


Bakı -°C

