adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2025 23:52
67
DÜNYA
A- A+

"Vaşinqton Türkiyənin Cənubi Qafqazda vacib rol oynamasına qarşı deyil" - Qrem

Türkiyə Cənubi Qafqazda çox vacib rol oynayır və ABŞ buna qarşı deyil, Türkiyəni regionda mühüm müttəfiq hesab edir.

Adalet.az xəbər verir ki, bunu amerikalı politoloq və ABŞ-nin 43-cü prezidenti Corc Buşun Rusiya və Avrasiya üzrə keçmiş köməkçisi Tomas Qrem deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz məsələsi Mərkəzi Asiyadan daha mürəkkəbdir, çünki ABŞ-nin Cənubi Qafqazda öz birbaşa maraqları var və buna görə də orada aktiv rol oynamaq niyyətindədir.

“Düşünmürəm ki, ABŞ bu məsələdə tamamilə Türkiyəyə etibar edəcək, amma ən azı Trampın dövründə sıx müzakirələr mütləq davam edəcək”, - deyə o vurğulayıb.

O əlavə edib ki, Vaşinqton da Türkiyənin Mərkəzi Asiyada aktiv rol oynamasına qarşı deyil.

“ABŞ-nin rəqibləri olan Rusiya və Çin hazırda orada əhəmiyyətli rol oynayırlar. Buna görə də Türkiyənin bu bölgədəki fəaliyyəti əsasən ABŞ-nin maraqları ilə uzlaşır. Mərkəzi Asiyada yüksək texnologiyaların inkişafı üçün vacib olan geniş mineral ehtiyatlar var, ona görə də bütün böyük dövlətlər arasında regiona maraq artır. Buna görə də burada geosiyasi rəqabətin güclənəcəyini proqnozlaşdırmaq olar", - deyə Qrem bildirib.