Vətəndaşlar içki və siqaretə nə qədər pul xərcləyirlər?
"Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi 4,8 milyard manat olub. Dövriyyənin 2,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatı isə qeyri-ərzaq mallarıdır".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2025-ci ilin ilk ayında içkilər və tütün məmulatlarına 230 milyon manatdan çox pul xərclənib:
"Bu, ümumi pərakənda ticarət dövriyyəsinin 4.7 faizidir. Ötən ilin yanvar ayı ilə müqayisədə içkilər və tütün məmulatlarına 1,8 faiz daha çox pul sərf edilib. DSK-nin pərakəndə ticarət üzrə təsnifatında alkoqollu içkilər deyil, içkilər və tütün məhsulları birlikdə götürüldüyü üçün spirtili içkilərə nə qədər vəsaitin xərcləndiyi tam aydınlaşmır. Amma aydındır ki, burada alkoqollu içkilər xüsusi paya malikdir. İçki və tütün məhsullarına xərclənən vəsaitin çoxalmasına qiymət artımları təsir göstərsə də, istehlak həcmi də xüsusi paya malikdir. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər".
Deputat qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır:
"Adambaşına istehlak indi 2.5 litr olduğu halda, bunun 2030-cü ildə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə alkoqol və tütün məhsullarını istehlak etməkdənsə, ixrac etmək daha faydalıdır.
Müqayisə üçün qeyd edək ki, spirtli içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsində payı Gürcüstanda 3.4, Türkiyədə 3.3, Özbəkistan 3.2, Qazaxıstanda 2.4, Türkmənistanda 2.2 faizdir. İnkişaf etmiş ölkələrdən isə İtaliya 4.2, Kanada 3.7, Almaniya 3.5, Böyük Britaniya 3.4,Çində 3.0, Yaponiyada 2.7, ABŞ-da 2.0 faizə malikdirlər. Spirtli içki və siqaretə ən çox üstünlük verən dövlətlər isə Laos (10.8%), Serbiya (8.4%), Bosniya və Hersoqovina (8.3%), Çexiya (8.2%), Belarus (7.7%), Macarıstan (7.6%), İndoneziya (7.4%), Latviya (7.4%) və Rusiyadır (7.3%)".
Nicat Novruzoğlu
Digər Xəbərlər
09 Dekabr 2025 12:09
Yeni tikilən yaşayış binalarında bu prosedur məcburi olacaq
09 Dekabr 2025 12:01
"Problemlərin həlli istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcək" - Baş nazir
09 Dekabr 2025 11:53
Bəzi tütün məmulatlarının aksiz dərəcələri dəyişdirilib
09 Dekabr 2025 11:52
"Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik" - Əli Əsədov
09 Dekabr 2025 11:45
"Neft-qaz sektorunda 1.8% azalma qeydə alınıb" - Baş nazir
09 Dekabr 2025 11:41
Gəmiqayırma müəssisələri üçün güzəşt müəyyənləşir
09 Dekabr 2025 11:40
7 illik vergi güzəşti ləğv olunur: Bu qədər ödəyəcəyik
09 Dekabr 2025 11:39


Bakı -°C

