Virus infeksiyaları isə qriplə müqayisədə daha rahat keçir - Təyyar Eyvazov
“Kəskin respirator virus infeksiyaları çoxsaylıdır. Hər il fəsli qrip də daxil olmaqla bunlardan bir neçəsi epidemik fəsildə yoluxma hallarının sayında dominantlıq edir”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, bunların içərisində qrip infeksiyası geniş yayılıb və bir sıra hallarda ağır keçir:
“Digər respirator virus infeksiyaları isə qriplə müqayisədə daha rahat keçir. Buna görə də, bu tip fəsli infeksiyalardan törənəcək xoşagəlməz halların qarşısının alınması məqsədilə birinci növbədə qripin spesifik profilaktikası aparılmalıdır. Təsadüfi deyil ki, hər ilin yay aylarında ÜST növbəti epidemik fəsil üçün dövr edəcək qrip virusu ştamlarının növünü proqnozlaşdırır və profilaktik peyvəndlər də məhz buna əsasən hazırlanır. Sentyabr-oktyabr aylarında qripə qarşı müvafiq peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən əldə edilərək, ölkəyə gətirilir və ambulator xidmət göstərən tibb müəssisələrinə paylanılır. Bu peyvəndlər artıq neçə illərdir ki, dünyanın inkişaf etmiş ölkələrində dəfələrlə öz effektivliyini və təhlükəsizliyini sübut etmiş və qripə yoluxma hallarının sayının azaldılması və ağırlaşmaların profilaktikasında mühüm rol oynayır”.
Mütəxəssis-ekspert bildirib ki, mövsümi viruslardan qeyri-spesifik qorunma yolları isə universal olub xəstələrlə təmasların azaldılmasına xidmət edən tədbirlərdən ibarətdir:
“Buraya maskann geyilməsi, sosial məsafənin gözlənilməsi, respirator və əl gigiyenası aiddir.
Hazırda ölkəmizə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər”.
Digər Xəbərlər
27 Mart 2026 18:38
Onkoloji xəstələr də sığortaya daxil edilməlidir...
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54


Bakı -°C

