Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
“Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) nümayəndə heyətləri ilə geniş formatda görüşlər keçirib.
Bu barədə Adalet.az-a QSC-dən bildirilib.
Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş 2025–2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində iki maliyyə təşkilatının birgə missiyası zamanı keçirilən görüşlər metro sisteminin genişləndirilməsi və maliyyələşdirilməsinə dair məsələlərə həsr olunub.
Üç gün davam edən müzakirələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Tərəflər texniki dəstək, maliyyələşmə mexanizmləri, satınalma prosedurları, ekoloji tələblər və digər məsələlər üzrə razılıqlar əldə ediblər. Layihə konsepsiyasının hazırlanması, texniki sənədlərin işlənməsi və tender proseslərinə dair konkret addımlar müəyyən edilib.
İlkin mərhələdə “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin tamamlanması, eləcə də Yaşıl və Qırmızı xətlərin ayrılması işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Növbəti mərhələlərdə isə Yaşıl və Bənövşəyi xətlərin tikintisinin davam etdirilməsi və yeni stansiyaların inşası planlaşdırılır.
Görüşlər çərçivəsində nümayəndə heyəti inşası davam edən və planlaşdırılan obyektlərə baxış keçirib.
Metro stansiyalarının tikintisinin beynəlxalq kreditlər hesabına maliyyələşdirilməsi ilə bağlı danışıqlar davam etdirilir və əməkdaşlığın intensivləşdirilməsi razılaşdırılıb.
Digər Xəbərlər
13 Dekabr 2025 15:54
Azərbaycanda 1C üzrə ilk praktiki seminar keçirildi - FOTOLAR
12 Dekabr 2025 17:35
Kafe və restoranların dövriyyəsi 2.5 mlrd. manata yaxınlaşıb
12 Dekabr 2025 17:11
Vəfat edən şəxsin sığorta məbləği ailəsinə veriləcək? - AÇIQLAMA
12 Dekabr 2025 14:20
Mqer Qriqoryan: "Azərbaycan neft məhsullarının idxalı üçün imkanlar var"
12 Dekabr 2025 10:50
“Strateji qida menyusu artıq bizim adət etdiyimiz kimi mətbəxlərdə bişmir...”
11 Dekabr 2025 15:07
“Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır”
10 Dekabr 2025 17:20
İqtisadi Şura və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirildi - FOTOLAR
10 Dekabr 2025 13:47


Bakı -°C

