XƏBƏRDARLIQ: Azərbaycanda informasiya ehtiyatlarına hücum...-
Son günlər ölkəmizə qarşı başladılmış kiberhücum kampaniyası çərçivəsində Azərbaycana məxsus müxtəlif internet informasiya ehtiyatlarına məqsədyönlü hücumlar həyata keçirilir.
Adalet.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada bildirilir.
Qurum bəyan edib ki, DDoS tipli bu hücumların əsas məqsədi informasiya ehtiyatları vasitəsilə təqdim olunan xidmətlərin əlçatanlığını məhdudlaşdırmaqdır. Hücumlar nəticəsində bəzi taksi xidmətləri və banklara, kütləvi informasiya vasitələrinə və digər müxtəlif xidmət sahələrinə məxsus bir sıra internet informasiya ehtiyatlarının fəaliyyətində qısa müddətli fasilələr yaranıb.
İnternet informasiya ehtiyatlarının sahibləri potensial kiberhücumlarla əlaqədar öncədən məlumatlandırılıb və onlara müvafiq dəstək göstərilib. Hazırda hücumların qarşısının alınması və təsirlərin minimallaşdırılması istiqamətində səlahiyyətli qurumlarla birgə tədbirlər görülür.
Son zamanlar ölkəmizin internet resurslarına yönəlmiş kiberhücumların intensivləşməsini nəzərə alaraq, internet informasiya ehtiyatlarının sahiblərinə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, daimi olaraq resurslarının monitorinqinin həyata keçirilməsi və zəruri olmadığı hallarda xaricdən gələn müraciətlərin müvəqqəti olaraq məhdudlaşdırılması tövsiyə edilir.
Hər hansı kiberhücum halları ilə qarşılaşdıqda “1654” qaynar xətti, www.cert.az internet informasiya ehtiyatı və [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur.
Digər Xəbərlər
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
01 Sentyabr 2026 08:27
Videoya baxmasalar da, “izlənmə” gələcək - Yutubda yeni dövr
30 Avqust 2026 15:10
"Telegram"dan bloklamalara qarşı yeni addım
29 Avqust 2026 09:00
İlk qatlanan “iPhone” təqdim ediləcək - Tarix açıqlandı
28 Avqust 2026 15:31


Bakı -°C

