adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Yanvar 2019 12:42
91545
MÜSAHİBƏ

Xəyanət videolarını paylaşanlara nə ad verək? - SORĞU

Son vaxtlar insanlarşəxsi həyatlarında baş verən hadisələri çəkib video şəklində sosial şəbəkələrdəpaylaşırlar. Xəyanət videoları, qadının başının qırxılmağı vəs. Adalet.az məsələninaktuallığını nəzərə alıb sorğu keçirdi. Sorğuda bütün sferaların video görüntülərbarədə fikirləri yer alıb. Cavabları təqdim edirik.

Psixoloq Fərqanə Mehmanqızı: "İnsanlarda məhrəm hiss qalmayıb”


Yayılan şəxsi videolardainsanların davranış pozuqluğunu görmək olur. Bunun psixoloji səbəbləri varmı?Niyə insanlar şəxsi həyatlarını sosial media üzərindən nümayiş etdirirlər? Bu,şəxsiyyətin deqeradasiyasıdır, ikiləşmədir, davranış pozuqluğudur? Bu suallaracavab tapmaq üçün psixoloq Fərqanə Mehmanqızı ilə əlaqə saxladıq.

Psixoloqun sözlərinəgörə, bu videoları çəkənlər cəmiyyətdə öz nüfuzunu, hörmətini itirənadamlardır:

"Düşünürəm ki, bu videoları çəkən ayrı, yayansaayrı adamlardırlar. Yayanlar bloqqerlərdir ki, onlar da baxış saylarınıartırmaq üçün bi videoları yayırlar. Onlar özlərinə və cəmiyyətə qarşı hörmətiitirmiş adamlardırlar. Bunu çəkənlərə gəldikdə isə, onların şəxsiyyətlərindəproblemlər var. Əvvəllər kişilər üçün namus, qeyrət, vicdan kimi hisslər həyatlarındanda önəmli idi. Kişinin kişiyə maddi, ya da mənəvi borcunun olmağı onlarıintihara, cəmiyyət içərisində qapanmağa gətirib çıxarırdı. Amma bu gün ailəadlı bir qalanın dağılması, əxlaqsızlıq yuvasını çəkib göstərməklə özləriniqeyrətli, haqlı göstərmək istəyirlər. Ailə başçısı kişidirsə, ailənin bütün məsuliyyətionun çiyinlərindədir. Bu videoları çəkənlər unudurlar ki, güclü ailə başçısıolan yerdə başqa adamlar zəif, aciz ola bilməzlər. Mən o qadınların tərəfinitutmuram, mövzumuz onların niyə xəyanət etdikləri deyil. Əgər bir kişiyoldaşının ona olan xəyanətini bu formada ictimailəşdirirsə, bu onunalçaqlığıdır”.

F.Mehmanqızı dahasonra bunları söyləyib: "Burada bir nüans da var - qadına qarşıaqressiya. O videolarda qadınını başqa kişiylə tutan adam qadını cəzalandırır,o kişini yox. Yəni kişi özünü təmizə çıxartmaq üçün qadını psixoloji və fizikicəhətdən aşağılayır. Və qadını ictimaiyyət qarşısında biabır edir. Ümumiyyətlə,xəyanətin şokunda olan bir kişi əlinə telefon alıb bu videonu necə çəkir,anlamıram. Artıq insanlarda məhrəm hiss anlayışı qalmayıb. Hamı şəxsi həyatınısosial şəbəklərə çıxarmaqda maraqlıdır.

Ailədə baş verənlər dörd divarın içindən çöləçıxdısa, kimsə bunu müzakirə edənləri qınaya bilməz”.

İlahiyyatçı Elşad Miri: "İslamda xəyanət hər iki tərəfə aiddir”


Tanınmış ilahiyyatçı Elşad Miri videolarınyayımlanmasının qəti əleyhinədir:

"Heç bir şəkildədoğru deyil. Yaxının, doğman, yoldaşın olmağına baxmayaraq onun icazəsi olmadanbelə bir şeyi yaymaq doğru deyil. Çünki elə şeylər var ki, onu paylaşanda qarşıtərəf günahkar kimi görünür və qarşı tərəfin cavab haqqı olmadığına görə kiminhaqlı ya haqsız olduğu bilinmir. Sosial şəbəkə məhkəmə deyil, burada sübutlarınortaya çıxarılması baş vermir, ona görə də bu cür şeylər normal deyil, şəxsi həyatamüdaxilədir.

Elşad Miri İslam dinində xəyanət edənlərə necə cəzaverilməsi haqqında da danışıb:

"İslam dinibu məsələyə həm kişi, həm də qadın tərəfdən yanaşır. Əgər həmin hadisəni həqiqətəndə dörd nəfər görübsə, dörd nəfər bunu ayrı-ayrılıqda isbat edə bilirsə, Nursurəsinin ikinci ayəsindəki kimi cəzalandırılır. Əgər bir ya iki nəfər görübsə,ya da isbat edə bilmirlərsə, o zaman həmin adamın özü yalançı şahid olaraq qəbulolunur və həmin şəxsin özü cəzalandırılır. Belə şeylərin ortaya çıxarılıbyayılması həm də o insanların cəmiyyətiçində nüfuzdan düşməyi, biabır olmağı və ölənə kimi o adla arzuolunmazşəxsə çevirilimələri həyatlarını məhv edir”.

Vəkil ElşənSadıqov: "Bu videolar məhkəmə prosesində heç bir rol oynamır”


Şəxsi videoların yayılması həm də hüquqi məsələdir.Bəziləri düşünür ki, xəyanət videolarını yaymaq məhkəmə prosesində zərərçəkmişinxeyrinə işləyəcək. Vəkil Elşən Sadıqovla söhbətimizdə bu məsələyə aydınlıq gətirməyəçalışdıq. Onun sözlərinə görə, hüquq müstəvisində bu cür videoların heç bir əhəmiyyətiyoxdur:

"Bu cürvideoları məhkəməyə təqdim edirlər. Ancaq məhkəmələrdə belə videolar heç bir əhəmiyyətdaşımır, onların üstündə dayanılmır. Bu aliment, boşanma prosesində heç bir roloynamır”.

Jurnalist Vüsal Məmmədov:"Bu iyrənclikdir, nakişilikdir”


Dini, psixoloji və hüquqi tərəfi bildik. Bəs videogörüntülərin yayılması mediada özünü necə göstərməlidir? Media bu cür görüntüləriişıqlandırmalıdırmı? Ümumiyyətlə, medianın şəxsi həyat videolarını İP xətrinətirajlamağı nə dərəcə düzgündür.

Azvision.az saytının rəhbəriVüsal Məmmədovdüşünür ki, bu cür videoların yayılması çox pis haldır:

"Birmənalı olaraq iyrənclikdir, nakişilikdir. Heçbir halda yaymaq olmaz. Medianın işi açar deşiyindən baxmaq olmamalıdır.Jurnalist də gərək yengəlik eləməsin”.