28 Avqust 2024 11:57
548
ƏDƏBİYYAT

"Xəzərin çirklənmədən qorunması"haqda kitab dərc etdi

"Dənizçilərə Sosial Dəstək " İctimai Birliyi "Xəzərin çirklənmədən qorunması"haqda kitab dərc etdi

"Dənizçilərə Sosial Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində  qalib olduğu "Xəzərin qorunması üçün təşəbbüslər" layihəsini uğurla həyata keçirməkdədir..

İctimai Birliyin Analitik-İnformasiya Bölümündən redaksiyamıza verilən verilən məlumatlara görə, “DSD”İB qalib olduqları layihə çərçivəsində “Xəzərin çirklənmədən qorunması” kitabını dərc etdirib. Tanınmış qələm adamı, AXDG QSC XDND-niu gəmi kapitanı Faiq Balabəylinin  müəllifi olduğu kitab Azərbaycan Respyublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini maliyə dəstəyi ilə “Qanun” nəşriyyatında dərc olunub.

200 sayla dərc olunan 144 səhiflik kitabın redaktoru Aytəkin      Həmidli, korrektoru Əyyar Tahir, texniki redaktoru XəyaləƏhmədovadıe.

Kitabda Xəzər dənizində və eləcə də dünya sualarında baş verən ekoloji terrorun, gəmilərdən və ətraf mühütdən dənizin çirklənməsinin, bu çirklənmənin insan sağlamlığına, təbitə dəyəcək ziyanlardan bəhs edilir. Çirklənmədən qurtulmağın yolları axtarılır.

Xəzərdə və dünyanın ayrı-ayrı dəniz və okeanlarında baş verən gəmi qəzalarından sonra dünyanı ağuşuna alan ekoloji terrorun fəsadlarından və bunların insan həyatına vurduğu zərərlərin, yaranan xəstəliklərin əhatə dairəsi haqda da ətraflı məlumatları kitab vasitəsi ilə əldə etmək olar.

Xatırladaq ki, "Xəzərin qorunmasi üçün təşəbbüslər"layihəsi Azərbaycan Respyublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini maliyə dəstəyi ilə baş tutur.


Lahiyənin rəhbəri "DSD" İB-nin sədri, peşəkar dənizçi, gəmi kapitan, şair Faiq Balabəylidir.

Tural Balabəyli

“DSD”İB -nin layihə üzrəAnalitik-İnformasiya Bölümünün rəhbəri