XİN-dən BMT-nin insan haqları üzrə ali komissarına cavab

Sülh üçün səyləri təqdir etmək tam mənzərəni kölgədə qoymamalıdır. Ədalət axtarışı müharibə cinayətlərində, etnik təmizləmədə, hərbi təcavüzdə, işgəncələrdə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum edilən hər kəs üçün cavabdehlik tələb edir.
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkə cavab olaraq bildirib.
“Həqiqəti bərqərar etmək, qurbanlara ədaləti çatdırmaq və qanunun aliliyini təmin etmək üçün beynəlxalq hüquqi standartlara riayət etməklə ədalətli məhkəmə araşdırması vacibdir. Yalnız həqiqəti söyləmək, yaraları sağaltmaqla sülh və barışıq cəzasızlığa qalib gələcək”, - A.Hacızadə qeyd edib.
Digər Xəbərlər

İlham Əliyev bu şirkətlərin rəhbərlərini qəbul etdi

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Azərbaycan-BMT əlaqələri müzakirə edildi

Ərdoğan: Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq

Bolqarıstanın XİN başçısı Azərbaycana səfər edəcək

Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib

Prezidentdən Şahin Babayevlə bağlı SƏRƏNCAM
