Xırdalanda hündürmərtəbəli binada yanğın olub - VİDEO
FHN-in "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 14 mərtəbəli binanın şaxtası boyunca elektrik naqillərinin yandığı müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsinə imkan verilmədəm qısa müddətdə söndürülüb.
Bina sakinləri təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən təxliyə olunub.
Digər Xəbərlər
27 Yanvar 2026 16:30
General Aydəmirovun tanınmış həkim qardaşı vəfat etdi - FOTO - YENİLƏNİB
27 Yanvar 2026 14:16
Azərbaycanda hakim vəfat etdi
27 Yanvar 2026 08:36
Səfirliyimizə terror hücumundan ÜÇ İL ÖTÜR
26 Yanvar 2026 18:54
Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı - VİDEO
26 Yanvar 2026 17:52
Maşın təmiri sexindəki yanğın söndürüldü - YENİLƏNİB
26 Yanvar 2026 17:48
Bakıda yük avtomobilinin təkərləri yerindən çıxdı - VİDEO
26 Yanvar 2026 17:08
ANAMA-nın əməkdaşı vəfat etdi - FOTO - YENİLƏNİB
26 Yanvar 2026 09:39


Bakı -°C

