Xocalıda kütləvi məzarlıqdan tapılan ər-arvadın qalıqları dəfn olunub - YENİLƏNİB
Xocalıda kütləvi məzarlıqdan tapılan ər-arvadın qalıqları bu gün dəfn olunub.
Adalet.az xəbər verir ki, Xocalı soyqırımı zamanı itkin düşmüş Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları bu gün Zabrat qəbiristanlığında dəfn olunub.
*** 12:00
Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib.
Adalet.az xəbər verir ki, məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində Vaqif Cəmil oğlu Məhərrəmovun şəxsiyyəti müəyyən edilib.
Qeyd edək ki, daha əvvəl səkkiz nəfərin, o cümlədən Vaqif Cəmil oğlu Məhərrəmovun həyat yoldaşı Bəsirə Vəli qızı Məhərrəmovanın şəxsiyyəti müəyyən edilib.
Xocalı soyqırımı zamanı itkin düşmüş Bəsirə Vəli qızı Məhərrəmova və Vaqif Cəmil oğlu Məhərrəmovun qalıqları Zabrat qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır.
Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (onlardan 4 nəfərinin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.
Digər Xəbərlər
23 Aprel 2026 15:21
Bakı metrosunda qatarların hərəkəti tam bərpa olundu
23 Aprel 2026 12:45
TƏBİB-dən yeni təyinatlarla bağlı RƏSMİ AÇIQLAMA
23 Aprel 2026 12:29
Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? - AÇIQLAMA
23 Aprel 2026 12:11
Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu keçirəcək
23 Aprel 2026 11:10
“O, əlilliyin təyin edilməsində korrupsiyanı aradan qaldıran şəxsdir”
23 Aprel 2026 10:57
“Xəstəxanaların işdən çıxarılan baş həkimləri həbs olunmalıdır"
23 Aprel 2026 10:48
Nazirlik küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
23 Aprel 2026 10:26


Bakı -°C

