Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs HƏBS EDİLDİ
Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Hünərli kəndində xidmətdə olan zaman Füzuli rayon sakini Vəzir İbrahimovun idarəsində olan VAZ-2106 markalı avtomobili nəzarət qaydasına uyğun saxlayıblar.
Avtomobilə baxış keçirilən zaman həmin ərazilərdən topladığı naqil və digər əşyalar aşkar edilib.
Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxs barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Qərara əsasən o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Digər Xəbərlər
25 Dekabr 2025 19:00
AZAL təyyarəsinə döyüş başlığının elementləri dəyib - HESABAT
25 Dekabr 2025 18:23
Yollar buz BAĞLAYACAQ
25 Dekabr 2025 16:16
Azərbaycanda 5 mindən çox zəlzələ olub
25 Dekabr 2025 15:29
Oqtay Əsədovun qızı vəfat edti
25 Dekabr 2025 14:20
3 nəfərin öldüyü avtobus qanunsuz işləyirmiş - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
25 Dekabr 2025 13:18
Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı - VİDEO
25 Dekabr 2025 09:20
Təyyarəmizin qəzaya uğramasından bir il ötdü
24 Dekabr 2025 16:46


Bakı -°C

