Xüsusi hərbi əməliyyat, yoxsa müharibə..? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
134 | 2024-08-07 12:32

Maraqlıdır, niyə Rusiya Ukrayna ərazilərində yaşayış binalarını raket zərbələriylə yerlə yeksan edəndə, dinc əhalini öldürəndə Moskva rəsmiləri bunu "xüsusi hərbi əməliyyat" adlandırır, Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiya ərazilərinə hücumunu isə terror aktı kimi qiymətləndirir? Hər iki halda mülki vətəndaşlar zərər çəkmirmi?

 İki ildən artıqdlr ki, Rusiya hərbi qüvvələri Ukraynanın şəhər və kəndlərini dağıdır, infrastrukturlarınl məhv edir, mülki vətəndaşlardan qırdığını qırıb, qalanlarını isə doğma yurd-yuvalarından didərgin salıb. Bunu heç nə baş verməmiş kimi soyuqqannılıqla "xüsusi hərbi əməliyyat" adlandırır.

 Ukraynanın artıq az qala üçdə ikisini işğal edən Rusiya tərəfi, öz ərazi bütövlüyünü bərpa etmək istəyən Ukrayna hərbi qüvvələrinin Rusiyanın Kurs vilayətinə hücumunu "dinc əhaliyə qarşı terror aktı" kimi qiymətləndirir.

"Ukrayna hərbi qüvvələrinin Kursk vilayətinə hücumu-dinc əhaliyə qarşı terror hərəkətidir"- deyə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bəyan edir.

  Düşünürəm, həyasizlığın da bir qədəri olmalıdır. Artıq iki il yarlmdır Rusiya Ukrayna ərazilərində qanlı müharibə aparır. Bəli, Kremlin bunu necə adlandırmasından asılı olmayaraq bu bölgədə əsl qanlı müharibə gedir, hər iki tərəfdən ölənlərin sayı yüz minlərlə ölçülür və  Moskva rəsmiləri hələ də bunu "xüsusi hərbi əməliyyat" adlandırlr, "müharibə" sözünü dilə gətirənləri cəzalandırlr.

 Görünən odur ki, artıq münaqişə tərəflərinin  özləri də sonu görünməyən müharibədən beziblər və qurtulmaq yollarını axtarırlar. Həm Moskvadan, həm də Kiyevdən danlşıqlar masasına oturmağın vaxtı gəldiyi barədə səslər eşidilməkdədir. Lakin, bir məsəldə deyildiyi kimi, hər iki tərəf "dəvədən yıxılsalarda, höt-hötlərin yerə qoymaq istəmirlər".
Hər iki tərəf "Sülh danışıqlarına" başlamaq üçün qəbul edilməz şərtlər irəli sürürlər. Bu isə, ilk növbədə vacib olan atəşin dayandırılmasına mane olur.

 Müharibə isə öz qanlı axarı ilə davam edir...

 
 

  • Avqust:
  • 2

TƏQVİM / ARXİV