Miqrantların qiyamı Trampı kürsüsündən aşıra bilər - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
225 | 2025-06-10 11:53

 ABŞ-ın Los-Anceles ştatında, miqrantlarla milli qvardiya arasında qarşıdurmalar davam edir.

 Donald Trampın inaqurasiyasından sonra, senatda demokratik azlığın lideri Çak Şumer bildirmişdi ki, "gec tez Amerika Trampa qarşı ayağa qalxacaq". Düzdür hələ ki, etirazlar yalnız bir ştatda cərəyan edir, lakin Nyu-York və digər iri şəhərlərdə də, milyonlarla miqrantların yaşadığını nəzərə almamaq olmaz.

 Miqrantların ayağa qalxmasına, tez-tez xaricilərin axtarışına çıxan polis reydləri səbəb olub. Polislər prezident Trampın sərhədlərin gücləndirilməsi və qeyri-qanuni miqrantların ölkədən çıxarılması fərmanını ilə bağlı reydlərə başlayıblar. 

 Kaliforniya meqapolisi kütləvi iştişaşlara bürünüb. Şəhər polisinin şefi Cim Makdonnell çarəsiz şəkildə bəyan edib ki, "Vəziyyət artıq nəzarətdən çıxıb".

 Əsasən Meksikadan olan miqrantlar, şəhərin mərkəzi küçələrini bağlayıblar.  Küçələrdə barrikadalar qurulub, onlarla avtomibil, o cümlədən polis maşınları yandırılıb. Mağazaların vitrinləri sındırılıb, qarət olunur. 

 Belə bir vəziyyətdə hüquq mühavizə orqanları yalnız özlərini qorumağa çalışırlar. ABŞ prezidenti Donald Tramp bu əraziyə əlavə olaraq milli qvardiyanın 2 min əsgərini göndərib və lazım gələrsə, ordu yeridəcəyini bildirib.

 

  • Iyun:
  • 6

TƏQVİM / ARXİV