adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Aprel 2015 12:57
47851
RUBRİKA

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətli sözlərin bu dəfəki təqdimatında italyan atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

İtalyanlar- İtaliyanın əsasını təşkil edən roman dilləri qrupuna aid Avropa xalqıdır. İtaliyadanbaşqa, Latin Amerikasında, xüsusən də Braziliya və Uruqvayda da genişyayılıblar. Tarixin ən əhəmiyyətli səhifələrinə qızıl hərflərlə yazılmış Romaİmperiyasının ağaları kimi dünya hömranlığına sahib dövlətin əhalisi indi təxminən58 milyondur. Buna baxmayaraq, Roma İmperiyasının tək varisi italyanlar hesabedilmir. İmperiya kultunun əsasını təşkil edənlər etrusklar sayılır.   

Dünyanın 60%mədəni irsinə malik olan İtaliya operanın, pantomim teatrın beşiyi sayılır. DünyayaMikelancelo, Rafael Santi, Benvenuto Çellini, Leonardo da Vinçi, QalileoQaliley, Dante, Bokkaçço, Cüzeppe Verdi, Antonio Vivaldi, Salyeri  kimi dahilər bəxş edib. Elə müasir dövrdə də italiyanaktyorları, müğənniləri, futbolçuları, modelyerləri, hətta siyasətçiləri dünyacaməşhurdur:  Adriano Çelentano, Al Paçino, SofiLoren, Ornella Muti, Monika Belluççi, Marçello Mastroyanni, Corcio Armani, CanniVersaçe, Roberto Kavalli, Silvio Berluskoni, Aleksandro del Pyero, CanniRivera, Canluici Buffon, Paolo Maldini, Roberto Bacco və başqaları bəşər hafizəsinəhəkk olunublar.

 

İtaliyahaqqında bəzi maraqlı faktlarla tanış olaq:

Siciliyanın,Kalabriyanın və Qazımanın təxminən 80% biznesi mafiyalara vergi ödəyir.

İtaliyadauşaq evi yoxdur.

İtaliyadaevsiz heyvan yoxdur.

İtaliyalılardünyada ən uzun ömürlülər sayılırlar.

İtaliyadarəsmi dil Florentina dialekti hesab edilir. o "İlahi komediyaya"Dantesinin yazılışından sonra rəsmi dil oldu.

Qadınların əl-qolla danışması ədəbsiz hesab edilir.

Danışıqvaxtı, inandırmaq üçün həmsohbətin dirsəyindən tuturlar.

Ən yaxşırestoranlar reklam edilmir. Ora yalnız dəvətlə düşmək olar.

İtaliyadagecə çimərlikdə olmaq qadağandır. Cərimə — təxminən 1000 avrodu.

Hörmətliinsana "Doktor" deyərək müraciət edirlər.


 

İtaliya –təkcə Avropa sivilizasiyasının beşiyi, İntibah dövrü dahilərinin vətəni deyil,həm də müdrik fikirlərlə zəngindir:

 

Aslanolaraq bir gün yaşamaq, qoyun olaraq min il yaşamaqdan daha yaxşıdır.

Dinləməkdənağıl, söyləməkdən peşmanlıq doğular.

Dosttapan, xəzinə tapır.

Ehtiyacduyulan yoldaş gerçək yoldaşdır.

Evlənməküçün qürbətə gedən ya aldadacaq ya aldanacaq.

Gözə gözdişə diş.

Həyatolduğu müddətcə ümid vardır.

İştahyedikcə açılar.

Kişi səltənətiqurar, qadın isə idarə edər.

Qadın,kitab, at borc verilməz.

Hər şeyAllahdandır, qadından başqa. 

Hava, ərvə oğul – proqnoza bağlıdır. 

Heç kim tənhaolmaq istəmir, hətta cənnətdə belə.

Qartalüçün bir göyərçini məğlub etmək bir şərəf deyil.

Qumardaitirən eşqdə qazanar.

Sevgini,alovu və öskürəyi insanlardan gizlətmək olmur.

Min dənəehtimal tək bir doğru belə etməz.

Oyun bitəndəşah və piyada eyni qutuya girər.

Pis birortaqlıqdansa tək olmaq yaxşıdır.

Pulsuzsağlamlıq, yarı yarıya xəstəlik deməkdir.

Pulluolmaq kifayət deyil, gərək onu xərcləməyi də bacarasan.

Roma birgündə qurulmadı.

Səbri çoxolan adam qalib gəlir.

Yaxşıdostlarla yaxşı bir ailə süfrəsində əsla yaşlanmazsınız.

Yaşamaqüçün ye,yemək üçün yaşama.

İntiqam –soyuq verilən yeməkdir.

Qonaqbalıq kimidir, 3 gündən sonra iylənməyə başlayır.

Özünütanıyan dünyanı da tanıyar.

Şərab vədost köhnə deyillərsə, bir qəpiyə də dəymirlər.

Yalandanışırsansa, lakonik ol.

Axmaqlarahərdən döz, bəlkə nəsə onlardan öyrəndin. Ancaq heç vaxt onlarla mübahisə etmə.

Uzunqulaqdoğulan at kimi ölə bilməz.

İstəyirsənsə,səni qiymətləndirsinlər – öl.

Problem sənətoxunana qədər ona toxunma.

Çayın dərinliyinihər iki ayağınla yoxlama.

Xoruzlarınsusduğu, toyuqların qaqqıldadığı hində sülh olmaz.

Düzgünyol heç vaxt uzun olmaz.

Qaratoyuq da ağ yumurta yumurtlayır.


Şəfiqə Şəfa